Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uca RƏBBİM haqqında

ALLAH
Allah (və ya Tanrı, Xuda, Pərvərdigar, Yaradan, Xudavənd, Rəbb) - (ərəb dilində اﷲ — əl-Lāh) adətən monoteist dinlərdə və daha çox İslamda istifadə olunan ən böyük qüvvəyə, yaradıcıya verilən addır. Sözün mənbəyi Qurandır. Bəzi müsəlmanlar "Allah" sözünün ardınca ərəbcə "onun şanı ucadır" mənasına gələn "cəllə cəlaluhu" deyirlər.

Quranda Allahın 99 adı göstərilsə də bu ad özünün bütün ad və sifətlərini ehtiva edir. Birmənalı şəkildə sözün hansı sözdən əmələ gəldiyini tam bilinmir, çünki ərəb dilində bir sözün kökü başqa sözlə mütləq əlaqəli olur. «Allah» sözünün "əl-İlah" ya da "əl-Laha" sözlərindən gəlmə ehtimalı var.

Quranda deyilir: "Allah təkdir və heç bir şəriki yoxdur" [1]

Uca RƏBBİM haqqında

ƏSMAYI-HÜSNA: ALLAH
Uca Rəbbimizin ilk və xüsusi adıdır. O, digər adları və sifətləri özündə birləşdirir. Bu ad yalnız Allah-Təalaya məxsusdur. Heç bir dildə tam qarşılığı yoxdur.

Dilçi alimlər bu sözün İlah (əl-ilah və ya əl-laha) kökündən törədiyini güman edirlər. Ərəb dili ilə qohum olan digər dillərdə "Allah" kəlməsi belə səslənir: ibrani dilində "Eloah", arami dilində "Elaha", süryani dilində "Alaha".

Hədislərdə və Qurani-Kərimin "əl-Bəqərə", "Ali-İmran" və "Ta ha" surələrində keçən İsmi-Azamın (ən əzəmətli ad) hansı "ad" olduğu konkret bilinməsə də, İslam alimləri ümumi xüsusiyyətlərinə görə "Allah" sözünü İsmi-Azam kimi qəbul etmişlər.

Ərəb dilinin quruluşuna əsasən, "ALLAH" kəlməsinin hərfləri sıra ilə götürülsə belə, Uca Yaradana işarə edən məna dəyişməz qalır. Məsələn, ALLAH (الله) isminin əvvəlindəki həmzə (ﺀ ) hərfi götürüldükdə "lilləhi" (لله) kimi oxuna bilər ki, bu da "Allah üçün, ALLAHA aid" deməkdir.

Bu ad Quranda 2697 dəfə keçmişdir[2].

Uca RƏBBİM haqqında

ALLAH'IN ADLARI
Allah • Əd-Dar • Əl-Alim • Əl-Axir • Əl-Bais • Əl-Baqi • Əl-Batin • Əl-Bədi • Əl-Bəri • Əl-Bərr • Əl-Bəsir • Əl-Bəsit • Əl-Cami • Əl-Cəbbar • Əl-Cəlil • Əl-Ədl • Əl-Əfuv • Əl-Əliyy • Əl-Əvvəl • Əl-Əzim • Əl-Əziz • Əl-Fəttah • Əl-Hadi • Əl-Hafid • Əl-Hafiz • Əl-Hakim • Əl-Həsib • Əl-Həkim • Əl-Həlim • Əl-Həmid • Əl-Həqq • Əl-Həyy • Əl-Kəbir • Əl-Kərim • Əl-Lətif • Əl-Mani • Əl-Məcid • Əl-Məlik • Məlikil-Mulk • Əl-Mətin • Əl-Mubdi • Əl-Muhəymin • Əl-Mucib • Əl-Muəxxir • Əl-Muğni • Əl-Muhsin • Əl-Muhyi • Əl-Muid • Əl-Muiz • Əl-Mumin • Əl-Mumit • Əl-Muntəkim • Əl-Muqaddim • Əl-Muqit • Əl-Muqsit • Əl-Muqtədir • Əl-Musəvvir • Əl-Mutəali • Əl-Mutəkəbbir • Əl-Muzil • Əl-Qabiz • Əl-Qadir • Əl-Qaffar • Əl-Qafur • Əl-Qahhar • Əl-Qani • Əl-Qavi • Əl-Qayyum • Əl-Quddus • Əl-Vacid • Əl-Vahhab • Əl-Vahid • Əl-Vali • Əl-Varis • Əl-Vasi • Əl-Vədud • Əl-Vəkil • Əl-Vəli • Əl-Xabir • Əl-Xaliq • Ən-Nəfi • Ən-Nur • Ər-Rafi • Ər-Rahim • Ər-Rahmən • Ər-Raqib • Ər-Raşid • Ər-Rauf • Ər-Razzəq • Əs-Sabur • Əs-Saməd • Əs-Səlam • Əs-Səmi • Əş-Şəhid • Əş-Şəkur • Ət-Təvvab • Əz-Zahir • Zulcəlal-i vəl-İkram

P.S.SADECE BIR DEFE ALLAH QORXUSUNDAN QORXUB AGLAMAQLA BUTUN GUNAHLARIN BAGISLANAR


Tarix: 03.12.2014 / 17:05 Müəllif: Aziza Baxılıb: 178 Bölmə: Maraqlı melumatlar
loading...