-Novruz barədə nə deyə bilərsiniz? Son bir neçə ildə Azərbaycanda bir qrup peyda olub ki, bu qədim bayramın İslama zidd olduğunu iddia edir.
İlahiyyatçı Hacı Şahin Həsənli.Novruz haqqında.
- Novruz bayramı, təbii ki, İslamdan daha qədim tarixə malik bir bayramdır. Novruz xalqımızın tarixi ilə bağlıdır. Bəllidir ki, İslam yayıldığı ərazilərdə heç vaxt yerli mədəniyyəti sıradan çıxarmayıb. Əksinə, zənginləşdirib və o mədəniyyəti qəbul edib. Təbii ki, dinlə ziddiyyət təşkil edən ünsürlərdən təmizləmək şərti ilə. Bütövlükdə Novruz bayramı gözəl bir bayramdır. Baharın gəlişi qeyd olunur, təbiətlə həmahəng bayramdır. Gözəl ənənələr də var. İnsanlar bir-birini ziyarət edir, küsənlər barışır, qəbiristanlıqlar ziyarət olunur. Yəni Novruz ənənələri ümumilkdə müsbətdir və din də buna müsbət yanaşır. Peyğəmbərimizdən bu bayramın doğruluğunu təsdiq edən bir sıra hədislər də var. Ümumilikdə isə inanclı insanların bu bayramı qeyd etməsində heç bir problem yoxdur. Əksinə, bu bayram zamanı həyata keçirilən bir çox ənənələr dində də bəyənilir.
İlahiyyatçı Hacı Şahin Həsənli.Novruz haqqında.
-Amma bəzi şeylər var ki, ilk baxışda İslamla ziddiyyət təşkil edir. Məsələn, tonqalın üzərindən tullanmaq, süfrəyə "s” hərifi ilə başlayan 7 taamın düzülməsi, qulaq falı və s.
- Bir insan həqiqətən də etiqad etsə ki, odun üzərindən tullanmaqla hansısa xəstəliklərdən qurtulacaq, od ona nicat verəcək, yaxud da, süfrəyə müəyyən yeməklər düzməsə ona bəla nazil olacaq - bu Allaha şərik qoşmaqdır. Amma artıq bizim insanlarda bütün bunlar etiqad xarakteri daşımır. Bu bir adət-ənənədir. Nəzər saldığımız məsələdə əsas yanaşmadır. Yəni niyyət, yanaşma saf və doğrudursa, heç bir problem yoxdur. Təbii ki, bu gün heç kim oda sığınmır, oda pərəstiş etmir, qulaq falına inanmır. Əgər edərsə, bu artıq yanlışdır.
Tarix: 04.12.2014 / 11:52 Müəllif: Aziza Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar