Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SALAMDAN QABAQ....

SALAMDAN QABAQ DUA VƏ ONUN NÖVLƏRİ
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- namazda müxtəlif dualar oxuyardı. Namaz qılana istədiyini seçməyi əmr etmişdir ( əl-Buxarı və Müslim).
Bu dualar aşağıdakılardır:

1 « Allahummə inni əuzu bikə min azəbi-l-qabri, va əuzu bikə min fitnəti-l-məsihi-d-dəccəl, va əuzu bikə min fitnəti-l-məhyə va-l-məməti. Allahummə inni əuzu bikə minə-l-məsəmi va-l-məğrami” ( Allahım! Qəbr əzabından Sənə sığınıram, Məsih Dəccalın fitnəsindən Sənə sığınıram, həyat və ölümün fitnəsindən Sənə sığınıram. Allahım! Günaha və borca düşməkdən Sənə sığınıram) ( əl-Buxarı və Müslim).

2 « Allahummə inni əuzu bikə min şərri mə amiltu va min şərri mə ləm əməl” (Allahım! Etdiyim və etmədiyim əməllərin şərindən Sənə sığınıram) ( ən-Nəsai və İbn Əbi Asim. Səhih hədisdir).

3 « Allahummə həsibni hisəbən yəsira” (Allahım, ( qiyamət günü) mənimlə çəkdiyin haqq-hesabı yüngül et! ) ( Əhməd, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).

4 « Allahummə bi-ilmikəl-ğeybə va qudratikə aləl-xəlq, əhyini mə alimtə-l-həyatə xeyran li, va təvaffəni izə kənət əl vəfati xeyran li. Allahummə va əs-əlukə xəşyətəkə fil-ğeybi vaş-şəhadə, va əs-əlukə kəlimətəl haqqi val-adlə fil-ğadabi var-rıda, va əs-əlukə əl-qasdə fil faqri val-ğina, va əs-əlukə nəimən lə yəbid, va əs-əlukə qurratə aynin ( lə tənfəd va) lə tənqatiı, va əs-əlukə ər-rıda bədəl-qada va əs-əlukə bardə əl-iyşi bədəl-mövt, va əs-əlukə ləzzətə van-nəzarə ilə vachikə, va (əs-əlukə) əş-şövqa ilə liqaikə fi ğeyri darrain mudirrəh, va lə fitnətən mudilləh. Allahummə zəyyinnə bi zinətil-iman, vacalnə hudətə muhtədin” ( Allahım! Sənin qeybi elminlə və yaratdıqlarının üzərindəki qüdrətinlə həyat mənə xeyirlidirsə məni yaşaqmağını, əgər ölüm mənə xeyirlidirsə, məni öldürməyini diləyirəm. Allahım! Gizli və aşkarda Sənin qorxunu diləyirəm, Qəzəb və razılıq halında haqq sözü və adilliyi diləyirəm, kasıblıq və varlılıq zamanı Sənin qəsdini diləyirəm, Səndən sonsuz nemət diləyirəm, gözümə bitməz-kəsilməz nur diləyirəm. Sənin qəzavü qədərinə razı olmağımı diləyirəm, ölümdən sonra həyat sərinliyini diləyirəm. Sənin camalına baxmaq ləzzətini diləyirəm. Zərər verən bədbəxtliyin, yol azdıran fitnənin olmadığı bir yerdə Səninlə görüşmək şövqini diləyirəm. Allahım! Bizi iman zinəni ilə zinətləndir. Bizi doğru yola yönəldənlərdən et!) ( ən-Nəsai, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).

5 Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- Əbu Bəkrə- radıyallahu anhu- bu duanı öyrətmişdi: « Allahummə inni zaləmtu nəfsi zulmən kəsiran, va lə yəğfiru-z-zunubə illi ənt, fəğfirli məğfiratən min indikə varhamni, innəkə əntə-l-ğafuru-r-rahim” (Allahım! Mən özümə çox zülm etmişəm. Günahları bağışlayan yalnız Sənsən. Məni öz məqfirətinlə bağışla. Mənə rəhm elə. Sən həqiqətən Bağışlayan və Rəhmlisən) ( əl-Buxarı və Müslim).

6 Aişəyə- radıyallahu anhə- bunları deməyi əmr etmişdi: « Allahummə inni əs-əlukə minə-l-xeyri kullihi əcilihi va acilihi mə alimtu minhu va mə ləm əaləm va əuzu bikə minə-ş –şərri kullihi əcilihi və acilihi mə alimtu minhu va mə ləm əaləm. Allahummə inni əs-əlukə min xeyri mə sə-ələkə abdukə va nəbiyyukə va əuzu bikə min şərri mə-s-təazə bikə minhu abdukə va nəbiyyukə. Allahummə inni əs-əlukə-l-cənnətə va mə qarrabə ileyhə min qaulin au aməl va əs-əlukə ən təcalə kullə qadain qadaytəhu li xeyran” ( Allahım, bildiyim və bilmədiyim, tez və gec olan bütün xeyirləri Səndən diləyir, bildiyim və bilmədiyim, tez və gec olan bütün şərlərdən Sənə sığınıram. Allahım, qulun və peyğəmbərinin ( Məhəmməd – s.a.v.) Səndən istədiklərini Səndən diləyir və sığındığı şərlərdən Sənə sığınıram. Allahım, cənnəti və ona yaxınlaşdıran hər bir söz və əməli Səndən diləyir, Cəhənnəmdən və ona yaxınlaşdıran hər bir söz və əməldən Sənə sığınıram. Səndən mənim üçün yazdığın hər bir hökmün xeyrli olmasını diləyirəm) ( Əhməd, ət-Təyalisi, əl-Buxarı, İbn Macə, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).

7 Birisindən soruşur: « Namazda nə deyirsən?» Cavab verir: « Şəhadət edirəm, sonra Allahdan Cənnət diləyirəm, Oddan qorunmaq üçün Ona pənah aparıram». Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- deyir: « Biz də elə bunu deyirik» ( Əbu Davud, İbn Macə və İbn Xuzeymə, səhih sənədlə).

8 Eşitdi ki, birisi təşəhhüddə bunları deyirmiş: « Allahummə inni əs-əlukə yə Allahu bi ənnəkə-l-vahidu-s-saməd əl-ləzi ləm yəlid va ləm yuləd va ləm yəkun ləhu kufuvan əhəd, ən tağfira li zunubi, innəkə əntə-l-ğafuru-r-rahim” ( Allahım, Sən Vahidsən, Birsən, hər şey Sənə möhtac olan Özünsə heç nəyə möhtac olmayan, doğulmayan və döğmamışsan, Sənin heç bir bənzərin yoxdur, Səndən günahlarımın bağışlanmasını diləyirəm. Şübhəsiz, Sən Bağışlayan- Rəhmlisən!). Bunu eşidən Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- dedi: « O bağışlandı! O bağışlandı!» ( Əbu Davud, ən-Nəsai, Əhməd, İbn Xuzeymə, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).

9 Başqa birisi təşəhhüddə deyirmiş: «Allahummə inni əs-əlukə bi ənnə ləkə-l-həmd, lə iləhə illə ənt vahdəkə lə şərikə ləkə, əl-mənnən, yə bədia-s-səməvati va-l-ard, yə zə-l-cələli va-l-ikram, yə hayyu yə qayyum, inni əs-əlukə-l-cənnətə va əuzu bikə minə-n-nər” ( Allahım! Səndən diləyirəm. Həmd Sənə Məxsusdur, Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Təksən və şəriksizsən, Səxavətlisən. Ey səmaların və yerin Yaradanı! Ey əzəmət və kəramət Sahibi, ey daimi və əbədi olan, hər şeyi idarə edən Səndən cənnəti diləyirəm və Oddan Sənə sığınıram!).
Bu sözləri eşidən Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- öz əshabələrinə deyir: « Eşitdiniz nə dua etdi?» Dedilər: «Allah və Onun Rəsulu bilir». O dedi: « Vallah, bu kişi Allahı Onun əzəmətli adı ilə çağırırdı. Bununla Allaha müraciət edən cavab alacaq, istədiyi ona veriləcəkdir» ( Əbu Davud, ən-Nəsai, Əhməd, əl-Buxari, ət-Təbərani və İbn Mundə. Səhih istinadlıdır).
10 Təşəhhüd və salam arasında deyərdi: « Allahummə-ğfirli mə qaddəmtu, va mə əxxərtu, va mə əsrartu, va mə əaləntu, va mə əsraftu, va mə əntə əaləmu bihi minni. Əntə-l-muqaddimu, va əntə-l-muəxxiru, lə iləhə illə ənt” ( Allahım! Etdiyim və edəcəyim, gizli və aşkar işlərim, israf etdiyim və məndən daha yaxşı bildiyin günahları bağışla. Əvvəl və axır Sənsən. Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur) ( Müslim və Əbu Uvanə).


Tarix: 04.12.2014 / 11:19 Müəllif: Aziza Baxılıb: 252 Bölmə: Maraqlı melumatlar
loading...