Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axirət aləmindən bir neçə söz...

Məlum olduğu kimi, dünyada yaxşı əməl sahibi olan möminlər əbədi olaraq Cənnətdə,kafirlər və müşriklər isə əbədi olaraq Cəhənnəmdə qalacaqdır. Amma günahkar müsəlmanlar müvəqqəti Cəhənnəm əzabından sonra Cənnətə aparılacaq və əbədi olaraq orada qalacaqlar.
Şəfaət bir şeyin digər bir şeyin kənarında durmasına deyilir. İmtahandan iki almış şagirdə bir qiymət əlavə edərək üç qiymətlə müəllim tərəfindən edilən be hörmət, şəfaət üçün ən yaxşı bir misaldır.
Bizim əqidəmizə əsasən Qiyamət günü peyğəmbərlər,imamlar,alimlər,şəhidlər və salehlər bəzi günahkar bəndələrə şəfaət edəcək və beləliklə ALLAH-Təala onların təqsirindən keçəcəkdir. Qurani-Kərimdə oxuyuruq:
"Qiyamət günü ALLAHın izn verdiyi və sözlərimi bəyəndiyi şəxslərdən başqa heç bir kəsin şəfaəti fayda verməz".
Qeyd etmək lazımdır ki,şəfaət heç də səhlənkar, müqəssir və bu kimi digər şəxslərə aid olmayıb, yalnız məxsus insanlar üçün ALLAH izni ilə həyata keçəcəkdir.
Müsəlman məzhəbləri arasında olan iftixarlardan biri də "vəd" və "vəid" məsələsidir."Vəd" savab və xeyr , "vəid" isə əzab və cəza üçün işlədilir. Bizim əqidəmizə əsasən ALLAH-Təala heç vaxt öz vədinə yalançı çıxmaz. Necə ki, Qurani-Kərimdə buyurur:
"Bu, ALLAHın vədidir və ALLAH heç vaxt öz vədinə yalançı çıxmaz, lakin xalqın çoxu bundan agah deyildir".
Lakin vəid (cəza və əzab vədəsini) yerinə yetirib-yetirməməkdə ixtiyar sahibidir. Yəni ALLAH-Təala bir şəxs və ya bir millət üçün vəid (cəza və əzab vədi) verərsə, bu vədinə əməl edib-etməməsi öz ixtiyarındadır. Necə ki, Qurani-Kərimdə buyurur:
"Göylərdə və yerdə olan hər şey ALLAH məxsusdur. O,istədiyini bağışlayar və istədiyinə əzab verər və ALLAH bağışlayan və mehribandır".


Tarix: 04.12.2014 / 11:36 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar
loading...