Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər Cür Sıxıntıların Yeganə Çarəsidir ALLAH

Hər Cür Sıxıntıların Yeganə Çarəsidir ALLAH
Dünyanın hər bir yerində yaşayan milyardlarla insanın hər birinin fərqli həyatı var. Ancaq hamısının da özlərinə görə müxtəlif arzuları, problemləri, ya da çətinlikləri var. Əlbəttə ki, hər birinin problemi, arzusu, ya da istəyi bir-birindən tamamilə fərqlidir.

Lakin bütün bu fərqlərə baxmayaraq, bu insanların böyük əksəriyyətinin içərisinə düşdüyü "səhv” eynidir. Mövzu hər nə olursa olsun, insanlar yaşadıqları problemlərin həll edilməsi, istəklərinin reallaşması, ya da problemlərinin sona çatması üçün mütləq müəyyən şərtlərin meydana gəlməli olduğuna inanırlar.


Hər Cür Sıxıntıların Yeganə Çarəsidir ALLAH


Bu şərtlər meydana gəldikdə də istədikləri nəticəyə "qəti olaraq qovuşacaqlarını” düşünürlər. Şübhəsiz ki, dünya həyatı Allahın yaratdığı adətullahın (Allahın Qanunu) tələbi olaraq müəyyən səbəblərə bağlı olaraq yaşanır. Məsələn, hər hansı bir karyera hədəfi olan insanın, bu istiqamətdə əmək verməsi, çalışması, özünü inkişaf etdirməsi, ya da müəyyən sahədə təcrübə qazanması lazımdır.

Bu səbəblərə riayət etmədən,heç bir səy göstərmədən karyera sahibi olmasını gözləməsi, əlbəttə ki, nəticə verməyəcək.

Ya da ciddi xəstəliyi olan insanın heç bir müalicə almadan, həkimlərlə məsləhətləşmədən xəstəliyinin sağalması üçün sadəcə gözləməsi məntiqli deyil. Mütləq Allahın ona verdiyi ağlı və təcrübəni istifadə edərək lazım olan hər cür tədbiri görməlidir.

Ancaq, insanların problemlərinin həlli üçün gördükləri tədbirlərin, arxasınca qaçdıqları detalların arasında unutduqları çox vacib həqiqət var:


Hər Cür Sıxıntıların Yeganə Çarəsidir ALLAH


Səbəblərə uyğun hərəkət etmək, əlbəttə ki, çox önəmlidir. Bu Allahın insanlara göstərdiyi yoldur. Amma Allahın yaratması əsla səbəblərə bağlı deyil. Allah dilədiyi an, dilədiyi insan üçün, dilədiyi nəticəni o anda yaradır. Deməli, insanın o qədər qarışıqlıq və təlaş içərisində əsla qəflətə düşməməli olduğu həqiqət budur.


Nəticəni yaradan Allahdır. Arzuları, istəkləri reallaşdıran Allahdır. Çətinlikləri qaldıran və nemət yaradan yenə də yalnız Allahdır
Hər Cür Sıxıntıların Yeganə Çarəsidir ALLAH


Tarix: 03.12.2014 / 17:27 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Maraqlı melumatlar
loading...