Adətən Ramazan ayında müsəlman bacı və qardaşlarımız görüş vaxtı və habelə iftar edən vaxt bir-birilərinə dua edərək, oruclarının qəbul olunmasını Mütaal-Allahdan istəyərlər: Bu adət özlüyündə gözəl bir əməldir ki, müsəlmanlar və Allaha inanan şəxslər biri-birilərinin üstünlüyünü və oruclarının qəbul olunmasının və habelə xoşbəxtliyini Mütaal-Allahdan istəsinlər.
Lakin bunlardan əvvəl orucun qəbul olunması üçün müqəddəs İslam dinində şərtlər qeyd olunubdur ki, müsəlmanlar bütünlüklə o şərtlərə riayət etməlidirlər. Ta əməllərinin qəbul olunmasına səbəb olsun.
Orucun qəbul olunmağının bir neçə şərti var:
1-ci: insan orucusu batil edən şeylərdən çəkinsin.
G304;FLER
2-ci: Necə ki, insan oruc halında ağzını yemək və içməkdən saxlayar, belə bir şəxsin gözü və qulağı, əli və ayağı və habelə başqa bədənin üzvləri gərək oruc ola. Məsələn: Oruca tutan adam haram alverdən və ya İslamda bəyənilməyən ticarətdən (içki, faizlə pul vermək və s.) və qumar əşyalarının satışından və habelə çalğı alətlərininin satışından çəkinsin.
Və GÖZÜ ilə naməhrəmə və öz dini bacı və qardaşlarının, həmçinin başqalarının namusuna baxmaqdan uzaq olsun.
Və QULAĞI ilə haram şeyləri eşitməkdən, yəni, müsəlmanların qeybətini etmədən və həmçinin şəriətdə haram sayılan mahnılardan, sözlərdən çəkinsin.
Və DİLİ ilə insanlara töhmət vurmaqdan və habelə möminlərin haqqında qeymət etməkdən, boş və mənasız sözləri danışmaqdan uzaq olsun.
Və ƏLİ iilə məzlumlara və kimsəsizlərə və xidmətlərində olan şəxslərə zülm etməsin.
Və AYAĞI ilə hər bir yer və habelə İslamda haram sayılan məclislərə getməkdən çəkinsin.
Hər kəs bu şərtlərə əməl etsə, Allahın lütf və mərhəməti ilə onun orucu qəbul olar. Və oruc tutmağın ləzzətini ən ali və üstün dərəcədə hiss edər.
Tarix: 03.12.2014 / 16:36 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Maraqlı melumatlar