Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O vaxt çatmadımı?!

O vaxt çatmadımı?!

Soruşur bizdən Allah Təbarək və Təalanın haqq olaraq nazil etdiyi kitab: O vaxt çatmadımı ki, iman gətirən kəslərin qəlbi oyansın?! O vaxt çatmadımı ki, qəlb qəbulediciyə çevrilsin?! Qəlb nurani bir duruma gəlsin?! O vaxt çatmadımı ki, iman gətirən kəslərin qəlbləri öz vücudi istedadlarına çatsın?! O vaxt çatmadımı ki, qəlb öz həqiqi mövcudiyyət fəlsəfəsini ifa etsin?! O vaxt çatmadımı ki, qəlb qəbul edən olsun?! O vaxt çatmadımı ki, qəlb təvazö və eşitməklik durumunda olsun?! O vaxt çatmadımı ki, qəlb Allahı xatırlamaq üçün hazır vəziyyətdə olsun?! O vaxt çatmadımı ki, qəlb Haqqdan nazil olan Quran üçün hazır vəziyyətdə olsun?!

Əslində hər kəsə, hər bir iman sahibinə, qəlbi haqqla olana ünvanlanan bir çağırışdır bu? Sanki bir bağbanla əkinin məsəlidir. Bağban sorur ki, bu əkində səpilən toxumların cücərməsi vaxtı yetişmədəimi? Bu qönçələrin gül açmasının vaxtə çatmadımı?! İndi Yaradan sual edir ki, yaranmışın İlahi dərgahda bəndəliyini qəlbən iqrar etməsinin məqamı gəlmədimi?! Yaradılmışın öz mahiyyətinə qayıtmasının vədəsi gəlib çatmadımı?!


Tarix: 03.12.2014 / 16:33 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Maraqlı melumatlar
loading...