Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**GuNaHKaRiN_iBaDeTi**

Sual: Müsəlman olaraq ölənlərin
savab və günahları çəkildikdən
sonra savabı çox olanların
birbaşa Cənnətə girəcəyinə
görə, indi günah işləsək,
məsələn, açıq-saçıq gəzib içki
içsək və sonra bu günahları ört-
basdır edəcək qədər xeyirli və
gözəl işlər görsək, məsələn,
bulaq düzəltdirsək, kasıba əl
tutsaq və əlavə başqa savablar
qazansaq, Cəhənnəmə
girməkdən xilas ola bilərikmi?
CAVAB
Bəli, savab işləməklə Cəhənnəmə
girməkdən xilas ola bilərik,
amma haramları qarşılaya bilən
savablar çox böyük olmalıdır.
Min kasıb geydirilib doyurulsa,
bir vaxt namazı qəsdən qəzaya
saxlamaq günahını ödəyə
bilməz, bir manat zəkat borcu və
ya çox az bir qul haqqı ödənmiş
olmaz; çünki fərzlərin yanında
nafilə savablar dənizə görə
damla belə deyil. Düşmənin
təyyarəsinə qarşı tapança və
tüfəngin deyil, zenitin lazım
olduğu kimi, haramlara da
fərzlərlə qarşı çıxmaq lazımdır.
Bundan başqa günah işləyənin
yaxşılıqlarına savab verilməz.
Məsələn, içki içən bir kimsə
namaz qılarsa, namaz
borcundan xilas olar, lakin tövbə
edib günahı tərk etmədikcə
namaz qılanlar üçün vəd edilən
böyük savablara qovuşa bilməz.
Çünki dinimizdə günahı tərk
etmək ibadət etməkdən əvvəl
gəlir. Bir neçə hədisi-şərifin
tərcüməsi belədir:
“Şərab [spirtli içki] içənlərin
tövbə etmədikcə namaz, oruc,
həcc, zəkat və sədəqələrinə
savab verilməz”.
[Ənisül-vaizin]
“Kiçik bir günahdan qaçmaq
bütün cin və insanların
ibadətləri cəmindən daha
yaxşıdır”.
[R. Nasıhin]
“Az bir haramdan qaçmaq 80
min nafilə həcc savabından
üstündür”.
[Deyləmi]
İmam Rəbbani həzrətləri
buyurur:
Bir fərzi qəsdən etməyənin və
ya bir haramdan qaçmayanın,
açıq şəkildə günah işləyənin
etdiyi nafilə və sünnələri qəbul
olmaz, savab verilməz. Bir manat
zəkat borcunu verməyənin
milyonlar verib gördüyü xeyir
və gözəl işlərin heç biri qəbul
olmaz. Tikdirdiyi məscidlərə,
məktəblərə, xəstəxanalara, xeyir
təşkilatlarına etdiyi köməklərə
savab verilməz.
(1/29)
Muhammed Hadimi həzrətləri
buyurur:
Günah işləməyə davam etdikcə
taat və ibadətlərin faydası
olmaz. Heç birinə savab
verilməz.
(Bəriqə)
“Faydası olmaz, savab verilməz”
deməyin mənası budur ki,
fərzlər səhih olub borc ödənilsə
də, o ibadəti etməklə hasil olan
böyük savablara qovuşmaq
mümkün deyil. Haram işləməyə
davam edənin və fərz borcu
olanın o mövzudakı nafilə
ibadətlərinə onsuz da heç bir
savab verilməz.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 136 Bölmə: Maraqlı melumatlar
loading...