Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın Yaratdığını Kamilləşdirməyə Cəhd

Ötən əsrlərdə yaşamış Sünbül Sinan adlı övliya bir gün öz şagirdlərindən soruşdu: “Fərz edin ki, Allah-təala bu kainatı yenidən yaratmağı sizə tapşırıb. Bu halda nə edərdiniz?”

Şagirdlərin hərəsi bir söz söylədi. Biri dedi ki, bütün kafirləri məhv edərdim. O biri dedi ki, bütün şərab içənləri yox edərdim. Digəri isə bütün tütün çəkənləri məhv etmək istədiyini bildirdi. Şagirdlərin biri - Müslihiddin Əfəndi isə heç bir cavab vermədi. Müəllim bunun səbəbini soruşanda Müslihiddin Əfəndi cavab verdi: “Müəllim, məgər Allahın iradəsində nöqsan varmı ki, mən onda dəyişiklik etmək istəyim? Allah hər şeyi necə yaratmışsa, hеç bir dəyişiklik еtmədən o şəkildə saxlayardım”. Sünbül Sinan bu cavabı eşidən kimi razı qalıb söylədi: “Məsələ öz cavabını tapdı”.

[O.N.Topbaş, “İmandan İslama tasavvuf”, səh. 330].


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 54 Bölmə: Maraqlı melumatlar
loading...