Abdullah kiçik yaşlarında ikən müharibədə atasını itirdi. Anası yenidən ailə qurmuş, ögey ata Abdullahı qəbul etməmişdi.
Odur ki, Abdullah küçələrdə sahibsiz qalmışdı. Çox dərdli idi. Yardım etməyi, əl tutmağı həmişə özünə borc bilən xalqın verdikləri ilə qarnını doyururdu. Dostları küçədə gülüb-oynayarkən o, bir küncdə oturar, başını əlləri arasına alıb d...ərin düşüncələrə dalardı.
Bir bayram günü idi. Abdullah yenə bir küncdə oturub, dərdli-dərdli xəyallara dalmışdı. Səhərdən bəri heç nə yeməmişdi.
Həmin anda Peyğəmbərimiz (sallallahu aleyhi vəssəlləm) oradan keçirdi.
Gülüb-oynayan uşaqları seyr etmək üçün bir qədər ayaq saxladı, gülümsədi. Bir neçə uşağın başını tumarladı. Birdən gözü Abdullaha sataşdı. Onun dərdli-dərdli kənarda oturub ağlaması Peyğəmbəri (sallallahu aleyhi vəssəlləm) sarsıtdı. O, Abdullaha yaxınlaşdı və nə üçün ağladığını soruşdu. Abdullah Peyğəmbərimizi (sallallahu aleyhi vəssəlləm) tanıya bilməmişdi.
-Əmi, atam bir savaşda şəhid oldu, anam başqasına ərə getdi. Ögey atam məni istəmədi. Yalqız qaldım. Nə yeyəcəyim var, nə geyəcəyim.
Peyğəmbərimizin (sallallahu aleyhi vəssəlləm) mübarək gözləri doldu.
-Yaxşı, ya Abdullah, - dedi, sən Həsən ilə Hüseynin qardaşı olmaq istəyərsənmi?
-Çox istəyərəm.
-Hz. Fatmanın övladı, Peyğəmbərin nəvəsi olmaq istəyərsənmi?
Abdullah sevincindən çaşaraq:
-Çox istəyərəm, - dedi.
-Elə isə getdik bizə, bundan sonra mənim nəvəmsən.
Abdullah başa düşdü ki, həmsöhbəti Peyğəmbər (sallallahu aleyhi vəssəlləm) imiş və yerindən sıçrayaraq onun əllərini öpdü.
Birlikdə evə gəldilər. Abdullahın bir neçə aydan bəri ilk dəfə idi ki, qarnı yaxşıca doydu, ilk dəfə idi ki, təzə paltarlar geyindi.
Sonra Peyğəmbərimizdən (sallallahu aleyhi vəssəlləm) icazə alaraq, uşaqların yanına döndü. Amma bu dəfə kənardan seyr etmirdi, uşaqlarla bərabər oynayırdı.
Ən yaxşı insan insanlara yar olandır. Həzrəti.Əli(ə)
Tarix: 03.12.2014 / 15:56 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Maraqlı melumatlar