Aramlıq Yalnız Allahı Düşünməklə Yaranır
İnsanın bu dünyadakı həyatı iztirablar və həyəcanlarla ötüşür. Hətta bə`zi insansevən məktəblər iztirab və həyəcanı insan həyatı və insan vücudunun qurucu amili, başqa sözlə, insanın təkamül fəsli hesab edirlər. Onlar deyirlər: İnsanın insan olması iztirab və həyəcan keçirməsi ilə bağlıdır. Əlbəttə, bu nəzərdə çox ifrata varılır və həqiqətin bir hissəsi göstərilir. İnsanlar adətən müxtəlif səbəblərdən iztirab və həyəcan keçirir, həmişə gələcəkdən ötrü nigaran olurlar. Bu hal bir tərəfdən faydalıdır və insanda müsbət tə`sirlər qoya bilər. Lakin ümumilikdə bəyənilmiş hal hesab olunmur. İnsan fitrətən sakitlik tələbindədir. Əgər az-çox nigarançılığı vardırsa, daha üstün sakitliklə bu nigarançılıq aradan qaldırılmalı, insan qəlbinin dərinliyi sakit və arxayın olmalıdır. Cüz`i nigarançılıqlar dənizin üzündəki dalğalar kimi olmalıdır. Dənizin dərinliyi isə həmişə sakit olur. İnsan qəlbinin dərinlikləri də sakit və əmin olmalıdır. Nigarançılıqlar səthi və tez ötüb gedən dalğalar kimi uzaqlaşmalıdır. Yoxsa həyat insan üçün qaranlıq və zülmət olar.
İnsan hansı yolla arxayınlıq və xatircəmlik tapa bilər? Qur`an buyurur ki, yalnız Allahı düşünmək iztirablı və pərişan qəlblərə sakitlik verə bilər:
“Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar!”
Tarix: 03.12.2014 / 15:28 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Maraqlı melumatlar