Qul odur ki, Allah Rəsulunun (sallallahu aleyhi və alihi vesəlləm) dəvətini qəbul edir.
Qul odur ki, acizliyini, heç kimliyini və möhtac olduğunu bilir.
Qul odur ki, Həmzə kimi ?münafiq oldum!? deyə daim ürəyində narahatlıq hissi yaşadır.
Qul odur ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) yatarkən,ona zərər verməsin deyə ilan dəliyini topuğuyla bağlayıb, sonra isə ilan sancmasının verdiyi əziyyətə səbr edir.
Qul odur ki, Əli ibn Əbu Talib və onun zövcəsi Fatimə bintu Muhəmməd (sallallahu aleyhi və səlləm) kimi özləri ac ikən yeməyi miskinə verir.
Qul odur ki, əməllərini tək Allah rzası üçün edir.
Qul odur ki, insanları daim yaxşılığa dəvət edir, münkər işlərdən uzaqlaşdırır.
Qul odur ki, öz malını və canını Allah yolunda sərf etməyə razıdır.
Qul odur ki, fitnə zamanı dağlara çəkilib çobanlıq edir.
Qul odur ki, müsəlman olduğu üçün diri-diri yandırılır,amma yenə də gülərək ?Lə iləhə illəllah, Muhəmmədən rasulullah? deyir.
Qul odur ki, Bilal kimi bir hədisi danışarkən,hədisin dəhşətindən üç dəfə hüşunu itirir.
Qul odur ki, Allah adı çəkilərkən qorxudan rəngi qaçır, bədəni titrəyir.
Qul odur ki, müjdə ayələrini oxuyarkən sevinc göz yaşları axıdır.
Qul odur ki, Allahın ayələri oxunarkən səssiz dinləyib, ibrət alır.
Qul odur ki, Allah üçün ömür sürür,əməlləri, sevinci, kədəri, qəzəbi, həyatı və ölümü aləmlərin Rəbbi üçündür.
Qul odur ki, hər gecə evində Qurani-Kərim sədaları eşidilir.
Qul odur ki, Allahdan qorxub, Onun rəhmətinə ümid edir.
Qul odur ki, hər bir gördüyündən ibrət götürür.
Qul odur ki, ölümünü bir an belə unutmur.
Qul odur ki, Allahu təaləyə qovuşacağı günü gözləyir.
Qul odur ki, Allahu təalənin adı çəkildikdə utandığından rəngi qızarır.
Qul odur ki, nəfsini özünə qul etməyi bacarır.
Və nəhayət qul odur ki, qul olduğunu dərk edir.
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 62 Bölmə: Maraqlı melumatlar