Bir gənc Kəbədə həmişə belə dua edirdi:Ey doğru
olanların yardımçısı olan Allahım, ey haramdan
çəkinənlərin yardımçısı olan Allahım, ey əmanəti öz
sahibinə qaytaran Allahım, sənə həmd olsun. Bu
vəziyyət oradakıların diqqətini cəlb etdi və gəncdən
bunun səbəbini soruşdular Nəyə görə həmişə eyni duanı edirsən? Məgər başqa dua bilmirsən? 7-8 il
əvvəl Kəbədə qızılla dolu bir torba tapdım. Torbada
1000 qızıl var idi. İçimdən bir səs Bu qızıllara sənin
çox ehtiyacın var deyirdi. Sonra düşündüm ki Olmaz,
sənin olmayan haram mal ilə xoşbəxt ola bilməzsən.
Bu, günahdır. Elə bu vaxt bir kişinin torbanı axtardığını gördüm. Mən torbanı yiyəsinə qaytardım.
Qızıllarını tapan şəxs çox sevindi və mənə 30 qızıl
hədiyyə etdi. Ürəyimdə Allaha dua edə-edə bazara
yollandım. Bazarda nurani bir gənc əsirin satıldığını
gördükdə qiyməti ilə maraqlandım. Əsir 30 qızıla
satılırdı. O gənci alıb evimə gətirdim. Çox ədəbli və çalışqan gənc idi, bütün işlərimdə mənə kömək edirdi.
Bir gün gənc dedi Mən Fars əmirinin oğluyam. Atamın
adamları məni sizdən almağa gələcəklər. Siz çox
yaxşı və təmizürəkli insansınız. Məni 30 min qızıla
satarsınız Həqiqətən də, bir neçə gün sonra əmirin
adamları gəlib oğlanı məndən 30 min qızıla aldılar. Mən həmin pula iş yeri açdım və xeyli qazanc əldə
edərək varlandım. Bir gün qohumlarım evlənmək üçün
məni bir qızla tanış etdilər. Varlı ailədən olan qızın
atası yenicə vəfat etmişdi. Nikahdan sonra qızın
cehizlərini gətirərkən əşyaların içində bir torba
gözümə sataşdı. Qızdan torba barədə soruşduqda qız belə cavab verdi Bu torbanın içində 970 qızıl var.
Atam bir neçə il əvvəl torbanı Kəbədə itirmişdi. Onu
tapan gənc haramdan çəkinərək torbanı atama
qaytarmışdı. Atam etdiyi yaxşılığın əvəzində 30 qızılı
ona hədiyyə etdi, yerdə qalanını isə cehiz olaraq
mənə verdi. Qızın sözlərini eşitdikdə səcdəyə getdim, Allaha şükür edərək Deməli, tapdığım bu qızıllar
mənim ruzim idi, sadəcə, Allah-Təala onu mənə halal
yolla vermək istəmişdi. O vaxtdan hər zaman Allaha
həmd edirəm və Kəbədə eşitdiyiniz bu duanı
edirəm....
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Maraqlı melumatlar