Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**BeZi_MeLuMaTLaR**

Qız uşaqları nə vaxtdan
namaz qılmağa
başlamalıdırlar?
- Qız və oğlan uşaqları
yetkinlik yaşına çatdıqdan
sonra dinin bütün vacib
göstərişlərini yerinə
yetirməlidirlər. Adətən qız
uşaqları yetkinlik dövrünə
9-10 yaşlarından sonra
çatırlar. Bunu da qeyd edək
ki, yaşın hesablanması miladi
təqvimi ilə deyil, qəməri (ay)
təqvimi ilə aparılmalıdır.
-Azandan 15 dəqiqə sonra
iqamədən əvvəl azan demək
lazımdır?
-Azan səsini eşitdikdən sonra
fərdi halda azan və iqamənin
deyilməsi vacib deyil, lakin
yaxşı olar ki, deyilsin.
-Bir namazı azandan əvvəl
qılmaq olar, yoxsa qəzaya
saxlamalıyam?
-Əsr namazını bir qədər ara
verməklə zöhr namazından
sonra qıla bilərsiniz. Bunun
heç bir günahı yoxdur.
Namazı bilərəkdən və şərait
ola-ola qılmayıb qəzaya
saxlamaq isə günahdır.
-"Salavat" deyilərkən əli (və
ya əlləri) üzə cəkməyin
mənası nədir?
-Bunun heç bir zərurəti
yoxdur, əllərinizi üzünüzə
çəkə də bilərsiniz çəkməyə
də.
-Məcburiyyət qarşısında içki
məclisində oturmağın
kəffarəsi var?
-Xeyr, bu kimi işlərin
kəffarəsi olmur. Lakin içki
məclislərində iştirak etmək
haramdır.
-Təzə doğulan uşağın
qulağına azan və iqamə
oxumaq vacibdir? Əgər
vacibdirsə, bunu uşaq
dünyaya gəldikdən neçə gün
sonra etmək lazımdır?
-Xeyir, bu əməl vacib deyil.
Uşaq dünyaya gəldiyi gün
oxunsa daha yaxşı olar. Lakin
sonradan oxunsa da olar.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 119 Bölmə: Maraqlı melumatlar
loading...