ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) KƏBİR
əl-Kəbir – Bu İsim fail vəznində olub böyük deməkdir. O, hər şeydən böyükdür, hər şeydən ucadır və hər şeydən uludur. Qurani Kərimdə 6 dəfə keçməkdədir.
(Bax: Rəd 9, Həcc 62, Loğman 30, Səbə 23, Ğafir 12.)
«Əlbəttə Allah uca (ALİ) və böyükdür (KƏBİR)». (ən-Nisa 34). «O, qeybi də, aşkarı da biləndir. (hər şeydən) böyük (KƏBİR) və ucadır (MUTƏALİ)». (ər-Rəd 9). Xattabi deyir ki: «Kəbir – şanı böyük və uca olandır. Ondan başqa hər böyük olan Onun böyüklüyünün altında və kiçikdir. İnsanlar arasında Kəbir yaşı daha çox olanlar üçün istifadə edilir».
Tarix: 05.05.2013 / 14:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 53 Bölmə: Maraqlı melumatlar
loading...