Hamımız çay içməyi sevirik. Çay dadlı olmaqla bahəm, faydalıdır.
Və əksər zamanlarda da çay dəmləmək üçün paketlərdən istifadə edirik.
İstifadə olunmuş paketləri atmağa tələsməyin.
Beyaz.Az belə paketlərdən təkrar istifadə ilə bağlı məsləhətləri təqdim edir:
1. Müalicəvi-kosmetik effekt. Suda islanmış çay paketini dəridə kiçik yanıq yerlərinə, cızıqlara və ya həşaratın dişlədiyi yerə qoyduqda ağrı azalır, şiş çəkilir,sağalma prosesi sürətlənir.
2. Qoxu çəkilməsi. İstifadə olunmuş çay paketləri pis qoxuları aradan qaldırır.
3. Təravətin qorunması. İstifadə olunmuş və qurudulmuş çay paketlərindən soyuducuda, yaxud dolabdakı pis qoxuları yox etmək üçün yararlanmaq olar.
4. Yağsızlaşdırma xassəsi. Qab yuyarkən bir neçə istifadə edilmiş çay paketi yuma prosesini asanlaşdırır.
5. Həşərat və gəmiricilərlə mübarizə vasitəsi. Evdə həşəratlar və ya gəmirixilər varsa, qutuya qoyulmuş çay paketi onları qorxuda bilər.
Tarix: 04.05.2015 / 11:31 Müəllif: Aziza Baxılıb: 140 Bölmə: Maraqlı Melumatlar