Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kibritin icadı

Çox sadə bir əşya olan kibrit ele də qədim tarixə malik deyil. Tanıdığımız kibrit təxminən 150 il öncə icad olunmuşdur. Kibritin icad olunmasının nə yeri, nə də ki, müəllifi dəqiq məlumdur. Məlum olan bir odur ki, ilk olaraq Avropada icad edilib. Kibrit Avropanın bir çox ölkələrində 50 il müddətində təkmilləşmə yolu keçmişdir.

İlk dəfə kibriti 1805–ci ildə fransalı Jan Lui Şansel icad etmişdir. Kibrit icad ediləndə artıq paroxod da mövcud idi, toxuculuq dəzgahları da və qəribə görsənsə də alışqan da.
Xırda taxta çöplərinin üstünə bertolet düzü ilə şəkər tozunun qarışığı çəkilirdi. Sonra həmin çöpləri kükürd turşusuna batırarkən kimyəvi reaksiya gedirdi və alov əmələ gəlirdi. Amma hər bir kəsin özü ilə güclü təsirə malik olan kükürd turşusunu gəzdirməsi çox təhlükəli idi.

1830-cu ildə Fransa və Almaniyada indikilərə bənzər kibrit istehsal etməyə başladılar. Bu kibritlər ağ fosfordan düzəldilirdi. Ağ fosfor çox tez alışma qabiliyyətinə malik olması ilə bərabər, həm də zəhərli idi. Bu da insan səhhətinə çox pis təsir göstərirdi. Ağ fosfor çox tez alşma qabiliyyətinə malik olduğundan çox vaxt elə qutudaca bir-birinə sürtünməklə alışırdı.

Kibritin icadında son sözü isveçlilər demişdir. Belə ki, Karolinq Unstitutunun professoru Qustaf Erik Paş kibrit çöplərinin uclarına çəkilən zəhərli ağ fosforu, təsirsiz qırmızı fosforla əvəz etmişdir. Bundan əlavə o, kibrit çöplərini alışdırmaq üçün qutunun üzərinə də fosfor çəkilməsini təklif etmişdir.

Hal- hazırda məişətdə istifadə etdiyimiz müasir kibritlətin “müəllifi” isə İsveç fabrikaçısı Yuhan Lundstrem hesab edilir. İndiki təhlükəsiz kibritləri ilk dəfə o, öz fabrikasında istehsal etdirmişdir. Bu səbəbdən də məişətdə istifadə etdiyimiz kibrit “İsveç kibriti” adlandırılır. Kibritin məişətdə ən çox istifadə olunan və ən gərəkli bir ixtira hesab edildiyi üçün o zamanlar – yəni 1855-ci ildə Parisdə keçirilən Ümumdünya Sərgisində Yuhan Lundstrem medalla təltif olunmuşdur.

1837-ci ildə Rusiyaya gətirilən ilk kibritləri ruslar “spiçki” adlandırırdılar ki, bu da “taxta mismarlar” mənasında idi. Rusiyada ilk kibrit istehsal edən fabrika 1870-ci illərdə işə salınmışdır. Deyilənlərə görə, bu fabrikanının sahibi Vasili Lapşin bir müddət İsveçdə Lundstremin fabrikində işləmişdir.
Keçmiş SSRİ (Sovet İttifaqı) kibrit istehsalına görə, dünyada birinci yer tuturdu.


Tarix: 10.12.2014 / 18:47 Müəllif: Aziza Baxılıb: 193 Bölmə: Maraqlı Melumatlar
loading...