Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar niyə həmişə üşüyür?

Qadınların niyə həmişə üşüdüyünü bilmək istəyirisinizsə, topiki mütləq oxuyun. Həkimlər bu sualın cavabını tapıb və hormonları günahlandırıb.
Bir araşdırma göstərir ki, qadınların bədən istiliyi kişilərdən 0.4 dərəcə daha çoxdur. Ancaq əlləri və ayaqları isə 2.8 dərəcə soyuq olur. Araşdırmanın nəticələrinə görə bu, təbii bir mexanizmadır. Qadının vücudu hamilə ikən körpəni soyuqdan qorumaq üçün belə fəaliyyət göstərir.

Portsmouth Universitetinin professor Michael Tipton, istilik reseptorlarının dəri təbəqəsinin 1 mm altında olduğunu bildirib. Nazik damarlara baxıldığı zaman dərinin normal dərəcədə olduğu görülüb. Ancaq qadınların bədən istiliyi ostrojen səviyyəsinə bağlı olaraq dəyişiklik göstərir. Hormon səviyyəsi artdıqca damarlar istiliyə qarşı bir o qədər həssas hala gəlir. Soyuq havalarda reseptorlar damarlara və həyatı əhəmiyyət daşıyan orqanlara qan axımınnı artdığı siqnalını verir. Bu səbəbdən də islilik aşağı olduğu zaman qadınların əlləri və ayaqları üşüyə bilər.


Tarix: 10.12.2014 / 18:04 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Maraqlı Melumatlar
loading...