Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəniz niyə dalğalanarkən mavi işıq saçır?

Alimlər xüsusən okeanlarda olan və dəniz suyuna parlaq mavi bir görüntü verən mikroskopik bitkilərin saçdığı bioloji işığın (biyolüminesans) necə yarandığını kəşf ediblər.
Lent.az-ın “National Geographic” nəşrinə istinadən verdiyi məlumata görə, fitoplankton adlanan bu mikroskopik bitkilərin, xüsusən bu bitkilərin dinoflagella adlanan növlərinin bioloji işıq saçdığı daha öncə məlum olub, ancaq bu işığın necə yarandığı sirr olaraq qalıb.




Dəniz niyə dalğalanarkən mavi işıq saçır?
Harvard Universitetinin professoru Voodland Hastingsin rəhbərlik etdiyi qrup dinoflagellaların hüceyrəsində xüsusi bir kanalın elektrik siqnallarına reaksiya verdiyini üzə çıxarıb. Məhz dinoflagellaların hüceyrələrindəki bu kanallar bioloji işıq saçma mexanizmini təşkil edir. Bu kanallardan yalnız protonlar keçir. Araşdırma qrupunun üzvü elektrofizioloq Thomas DeCoursey “National Geographic” nəşrinə açıqlamasında deyib ki, yeni kəşf edilən həmin kanallar işıldamaya şərait yaradır: “Dinoflagellalardakı kanalların yerinə insan, siçan, yaxud başqa canlıların hüceyrələrindəki kanalları alıb qoysaq, bu halda işıq ortaya çıxmazdı. Sudakı hərəkət dinoflagellaların protonla zəngin orqanizmlərinə elektrik siqnalları göndərir. Bu elektrik siqnalları dinoflagellaların hüceyrələrindəki proton kanallarını açır, bir sıra kimyəvi proseslərə təkan verir. Bu da neon mavisi işıq buraxan lusiferaz proteinini hərəkətə keçirir”.


Tarix: 10.12.2014 / 17:57 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Maraqlı Melumatlar
loading...