Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilirsinizmi????

Bilirsinizmi ki, Biq-Ben heç də Vestminister sarayının hündür qülləsi deyil?

London şəhərinin simvollarından olan bu qüllə xalq arasında Parlament kimi tanınan Vestminister sarayının tərkib hissələrindən biridir. Biq-Ben dedikdə ani olaraq bu qüllə və onun saatı fikirlərimizdə canlanır. Lakin həqiqətdə Biq-Ben bu saatın siferblatı arxasında yerləşən zəngin adıdır. Onun ağırlığı təqribən 14 ton, hündürlüyü 2 metr, diametri isə təqribən 3 metrdir.

Sual oluna bilər ki zəngin bu adı haradan yaranıb. Bu suala heç kim cavab verə bilmir. Bir versiyaya görə bu zəng onun hazırlanmasında rəhbərlik etmiş ser Bencamin Hollun şərəfinə belə adlandırılıb. Başqa bir versiyaya görə isə, zəng o zamanlar məşhur olmuş boksçu Bencamin Kauntun şərəfinə adlandırılıb.

Yeri gəlmişkən, Biq-Benin gizləndiyi o məşhur qüllə Müqəddəs Stefan Qülləsi adlanır. Onun hündürlüyü 96 metrdir, daxilində isə 334 pillədən ibarət olan dar vintşəkilli pilləkən vardır.


Tarix: 10.12.2014 / 18:00 Müəllif: Aziza Baxılıb: 112 Bölmə: Maraqlı Melumatlar
loading...