Assam - 1830 – cu illərdə Hindistanın şimal – şərqi vilayətlərindən biri olan Assamda şotlandiyalı Robert Bryus tərəfindən kəşf edilib. Tünd rəngi və xoş iyi var.
Seylon — Şri – Lankadan gələn çaylardır. Seylon çaylarının keyfiyyəti onun hansı yüksəklikdə yetişməsindən asılı olaraq dəyişir.Seylon dunyanın ən dadlı çaylarından sayılır. Ətri xoş və cəlbedicidir.
Darjeeling - Dünyanın ən keyfiyyətli çaylarından biridir. Nepal yaxınlığındakı dağların zirvələrində yetişir. Darjeelingin dadı daha çox qarağat dadına bənzəyir.
Earl Grey - Darjeeling, Seylon və Assam çaylarından birinin berqamont yağı ilə qarışığından hazırlanır.
Formosa Oolong -İyi şaftalını xatırladır. Tayvanda yetişir.
Gunpowder – Yaşıl çay növlərindən biridir. Çində yetişir. Zərif dadı və ətri var.
Jasmine – Yasəmən çiçəyinin yaşıl və qara çayla qarışığı nəticəsində alınır.
Orange Pekoe – ” Pekoe” kiçik yarpaq deməkdir və çayın kiçik yarpaqlarından hazırlandığını göstərir. Ətri hansı çaydan hazırlanmasından asılı olmayaraq dəyişir.
Tarix: 10.12.2014 / 17:57 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Maraqlı Melumatlar