Yaponiyalı alim Masura Emoto “Zəmzəm” suyu üzərində təcrübə apararaq ilk dəfə suyun sirlərini sənədlə açıqlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübə zamanı məlum olub ki, “Zəmzəm” suyu son dərəcə səslərə həssasdır. Su zəng səsi ilə qaralır, azan və “Qurani Kərim” oxunduğundan isə aydınlaşır.
Masura Emoto bildirib ki, “Zəmzəm” suyun həm fiziki, həm də kimyəvi xüsusiyyətlərinə görə, yer üzündəki bütün sulardan fərqlidir: “Zəmzəm” su ətrafında baş verən bütün dəyişikləri yaddaşda saxlayır. Bu suyun quruluşu çox fərqlidir. 4 min ildir ki, su nə azalır, nə çirklənir, nə də yosunlaşır”.
Qeyd edək ki, “Zəmzəm”suyu mübarək bir sudur. Kəbə evinin yaxınlığındakı yerdən başqa bir yerdə çıxmır. Muhəmməd peyğəmbər özü (s. a. v.) bu sudan içib və içilməyini məsləhət görüb. Həcc və Ömrə ziyarətlərinə gedib gələnlərin oralardan gətirdikləri ən qiymətli hədiyyələrin arasında birinci yeri Zəmzəm suyu tutur. Hər il Həccə gedən milyonlarla müsəlman bu sudan içir. İnsanlar bu sudan içdikdən 35 dəqiqə sonra özlərində rahatlıq tapırlar.
Tarix: 26.11.2014 / 13:58 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Maraqlı Melumatlar