Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TİTANİK-"Batmaz gəmi”

15 aprel günü dünyada Titanik faciəsi ilə yadda qalır. Bu nəhəng gəmi 31 mart 1909-cu ildə hazırlanmağa başlanmış, 2 aprel 1912-ci ildə yekunlaşmışdır. 10 aprel 1912-ci ildə Nyu York istiqamətində ilk səfərə çıxan Titanik 15 aprel saat 23.40-da Atlantik okeanında aysberqlə toqquşaraq sulara qərq olmuşdur. 66.000 ton ağırlığı, 269m uzunluğu olan gəminin 2.435 nəfər sərnişini, 892 şəxsi heyəti vardı. Gəmini Harland və Volf tərsanəsi hazırlamışdır, sahibi Uayt Star Layn, kapitanı isə Edvard Smit olmuşdur.Gəmidəki sərnişinləri müxtəlif qruplara aid insanlar olmuşdur.Ən maraqlısı da odur ki,onlardan 57-si dünyanın məşhur neft, kömür, dəmiryol və polad krallarından ibarət milyonçular olmuşlar. Hətta onların arasında 150 mln dolladan artıq kapitalı olan 47 yaşlı Con Astor vardı ki, o, 20 Titanik almaq iqtidarında idi. Bundan əlavə gəmidə qızıl, brilyantla bərabər, Ömər Xəyyamın «Rübai” manuskripti, Van Qoq, Salvador Dali kimi məşhurların əl işləri vardı. Gəminin seyfində indiki qiymətlə 300mln dollar, daş-qaş olmuşdur. Məlumatlara görə gəmidə olan 2224 sərnişindən 710 nəfər xilas olmuş, 1514 nəfər həlak olmuşdur. Titanik gəmisinin hissələri baş verənlərdən 73 il sonra ABŞ dəniz donanmasının istefada olan dənizçisi Robert Balard tərəfindən 1985-ci ildə 4.000 metr dərinlikdə aşkar edilib. Gəmi iki hissəyə bölünmüş vəziyyətdə 3.657 metr dərinliyə düşmüşdür. Gəminin qalıqları da bunu sübut edir. Gəminin araşdırmaları davam edir. Məlumatlara görə yaxın 20 il ərzində qalıqların tamamilə məhv olması gözlənilir.


Tarix: 26.11.2014 / 19:09 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Maraqlı Melumatlar
loading...