Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən bahalı kitabları

Alman filosoflarından biri deyirdi ki, kitablar bəşəriyyətin yeganə qalıcı yaddaşıdır.

Həqiqətən də bu belədir.

Dövlətlər, şəxsiyyətlər, mədəniyyətlər, sivilizasiyalar gəlir və gedir, lakin kitablar bəşər cəmiyyəti durduqca durur, bir nəsildən digər nəslə ən dəyərli mülkiyyət kimi ötürülür.

Məhz bu xüsusiyyət də, kitabların dəyərini, qiymətini müəyyənləşdirin başlıca amildir. Bəs görəsən dünyanın ən bahalı kitabları hansılardır?

1. Leonardo Da Vinçi – “Lester əlyazmaları”, 30.8 milyon dollar, (1994)

1500-cü ildə nəşr olunub. Bu kitab tarixə “bu günə qədər satılan ən bahalı kitab” adı ilə düşüb. Maraqlıdır ki, bu kitabın sahibi dünyanın ən zəngin adamı Bill Geytsdir. O, kitabın çox sayda şəkillərindən “Microsoft”un ekran qoruyucuları kimi istifadə edib və həmçinin kitabı sərgi üçün dünyanın müxtəlif şəhərlərinə verib.

2. Müqəddəs Kusbertin İncili, 14 milyon $, (2012)

7-ci əsrə aid bu nadir əsər latın dilində yazılıb. Kitabı hər kəs oxuya bilər, çünki elektron versiyası mövcuddur. Kitab Britaniya kitabxanasında nümayiş olunur.

3. Müqəddəs Venediktin sifarişi ilə yazılmış “Henri Lionun İncili”, 11.7 milyon $, (1983)

1175-ci ilə aiddir. Bu kitab 1994-cü ilə qədər “dünyanın bu günə qədər satılan ən bahalı kitabları” siyahısında ilk sırada dururdu. 266 səhifədən ibarət bu kitabın 50 səhifəsi yalnız gözəl illüstrasiyalardan ibarətdir.

4. Con Ceyms Audubon – “Amerika quşları”, 11.5 milyon $, (2010)

Bu kitab Amerika ornitologiyasının əsl şah əsəri hesab olunur. Audubon yaşam ölçülərinə əsasən, Amerikanın bütün quşlarının şəkillərini çəkmək istəyirdi. Hələ də dünyada bu böyük kitabın təqribən 120 orijinal surəti vardır.

5. Cefri Çoser – “Etajer hekayələri”, 7.5 milyon $, (1998)

1478-ci ildə nəşr olunub. “Etajer hekayələri” nin 83 məlum versiyası mövcuddur. Əsər 1370 və ya 1380-ci ildə yazılmağına baxmayaraq, 1478-ci ildə çap olunub.

6. Uilyam Şekspir – “Birinci foliant”, 6.16 milyon $, (2001)

1623-cü ildə nəşr olunub. Bu kitab bütün dövrlərin ən yaxşı kitabıdır və Şekspirin 36 pyesindən ibarətdir. Hal-hazırda bu kitabın əsl qiyməti 1 paunddur. “Birinci Foliant”-ın 228 surəti hələ də mövcuddur.

7. Pier-Jozef Redut – “Liliasea”, 5 milyon $, (1985)

1802-ci ildə nəşr olunub. Kitab zanbaq fəsiləsinə mənsub güllərin gözəl illüstrasiyalarından ibarətdir. Belçikada doğulmuş Redut peşəkar rəssam idi. O, habelə “Qızılgül fəsiləsi” adlı kitabını çap etdirib.

8. Qutenberqin Bibliyası, 4.9 milyon $, (1987)

1450-1455-ci illərdə nəşr olunub. Bu kitab dünyada ilk çap olunmuş kitabdır. Hal-hazırda Qutenberq Bibliyasının ilk nəşrinin 48 məlum surəti mövcuddur.

9. Henri Luis Duhamel du Monkeau – “Meyvə ağacları barədə traktat”, 4.5 milyon $, (2006)

1768-ci ildə nəşr edilib. Beş cildlik bu kitab meyvə ağaclarının 16 müxtəlif növlərinin gözəl illüstrasiyasından ibarətdir. Fransız botaniki Henri Luis Duhamel du Monkeau, həmçinin, Fransa Elmlər Akademiyasında prezident kimi fəaliyyət göstərib.

10. Klavdi Ptolemey – “Coğrafi Kosmoqrafiya”, 3.5 milyon $, (2006)

Bu kitab 1462-ci ildə nəşr edilib. Həmçinin “Coğrafiya”, yaxud “Geographike Hyphegesis” adı ilə tanınır. Bu kitab yerin coğrafiyasına və kartoqrafiyasına aid ən məşhur kitablar arasındadır. Yeni dünyanın kəşfindən əvvəl mövzusuna görə bu kitabı əsas götürərək ona istinad edirdilər.


Tarix: 08.12.2014 / 14:05 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Kitablar və mütaliə
loading...