Oxucuların təsnifatının müxtəlif modelləri mövcuddur. Çalışacam sizi bu modellərin bəziləri ilə tanış edim.
R. Başbergerin modelinə görə uşaq və gənc oxucuları 4 -tipə bölmək olar.
1-Romantik tip. Nağılları,macəra ədəbiyyatını daha çox sevən, realist və intellektual-əxlaqi bədii ədəbiyyatı bəyənməyən tipdir. Uşaqlar arasında tez-tez təsadüf olunur və bu tip oxucular yeniyetməlik yaşlarında fantastik ədəbiyyatı böyük həvəslə oxuyurlar.
2-Realist tip. İnsanlar arasında qarşılıqlı münasibət və onları əhatə edən xarici aləm haqqında yazılan kitabları oxuyur, nağıllara maraq göstərmir. Bu xüsusiyyətlər yeniyetmə yaşlarında özünü biruzə verir.
3-İntellektual tip. Bədii ədəbiyyatda əməli nəticə çıxarmağa çalışır, biliyini artırmğa cəhd göstərməsi ilə əlaqədar olaraq maraqlı məlumatlarla zəngin kitablar oxumağı daha çox sevir. Bu tipə yeniyetmələr və gənclər arasında daha çox rast gəlinir.
4-Estetik tip. Nadir hallarda rast gəlinir. "Cingiltili sözlərdən", qafiyələnmiş ahəngli və vəzznli misralardan sözün əsl mənasında zövq alır. Oxucuların bu tipi şeirə maraq göstərir və xoşladıqları kitabı dəfələrlə oxuyurlar.kitab həvəskarı-bibliofil
Yaşlı oxucular üçün isə Bolhast modelini nəzərinizə çatdırıram.
1. Çox oxuyan, ancaq oxuduqlarına tənqidi yanaşmayan tip.
2. Az oxuyan tip.
a) kitabları həyati məqsədlər üçün oxuyan-dinamik praqmatik adamlar.
b) introvertiv-macerapərəst tip. Bunlar əsasən çox əhəmiyyətli bədii əsərləri sevən və çox inkişaf etmiş təsəvvürə malik oxuculardı.
3. Öz həyati təlabatlarını dərindən dərk edən və onu təmin etmək üçün yollar axtaran fəal, məqsədyönlü və müntəzəm olaraq mütaliyə edən oxucu.
4. "Asılı", "hər sözə qulaq asan" və hansı kitabı oxumaq üçün məsləhətə ehtiyacı olan, üçüncü tipdən fərqli olaraq ədəbi-pedoqoji təsirə məruz qalan fəal oxucu.
5. "Sabit" tip; müəyyən növ məzmuna malik olan kitablar oxumağa həvəs göstərən oxucu.
6. "Birbaşa hər şeyi oxuyan" tip; ağına bozuna baxmadan, ucdantutma, qayda-qanunsuz, əlinə nə keçdi bir-birinin ardınca oxuyan və oxuduğuna qayıtmayan oxucu.
P. S. Ümid edirəm ki, hər kəs özünə uyğun bir bölmə tapdı. Əslində düşünürəm ki, bu dəyişkən bir prosesdi. İnsan müəyyən zaman daxılində oxu tipini dəyişə bilir. Bəzən buna özünü şüurlu şəkildə məcbur edir. Bəzən isə yaşın verdiyi təcrübə sayəsində dəyişir və bu dəyişikliyi hiss etmir. Məsələn mən oxu tərzimdə olan dəyişikliyi heç vaxt hiss etməmişdim. Lakin bu modellərlə ilk dəfə tanış olanda başa düşdüm ki, məktəbə getdiyim və oxumağı bacardığım illərdən bəri demək olar bu tiplərin hər birini mərhələ-mərhələ keçmişəm. Bəs siz necə?
Tarix: 08.12.2014 / 13:53 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Kitablar və mütaliə