Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Kitablar və mütaliəKitab ətri

Bəh-bəh-bəh...telefonlardakı bluetooth adlarına baxırsan və fərqli, fərqli düşüncələrə dalırsan, deyirsən ki, gəl-ha-gəl-ə bax. Əslində hər kəsin öz malı ilə istədiyini etməyə haqqı var, amma, gəlin, boynumuza alaq ki, bu gün başqa şeyi demirəm, elə məhz telefonlara olan maraq kitablara olsa, həyat necə olardı?! Və yaxud da internetdə vaxtı sərf etdiyimiz oyunlar əvəzinə (ya da bu vaxtın daha bir qismini) kitablara, əsərlərə, məlumatlara, məqalələrə və yaxud da elə maraqlı postlara ayırsaydıq.
Hansı cavanlarımız bir araya toplaşdıqda bir-birləri ilə oxuduğu kitablardan söz açır, hansılar əsərləri müzakirə edir, hansılar kitablarını oxumaq üçün dəyiş-düyüş edirlər??? Axı hansılar? Çox azdır..

Haqsızlıq etməyim, təbii ki, oxuyanlar var, buna Ardı »

Kitablar və mütaliəOxu, şəfa tap!

Gündəlik həyatda qarşımıza çıxan problemləri, bəzi mənfi alışqanlıqlarımızı aradan qaldırmaq üçün müxtəlif kitablar oxuyuruq. Bunların içində əsasən psixoloqların tövsiyələrinin yer aldığı fərdi inkişaf kitabları çoxluq təşkil edir.

Bəs bədii ədəbiyyat necə? Öhdəsindən gəlməkdə çətinlik çəkdiyimiz pis alışqanlıqları aradan qaldırmaq üçün bizə kömək edə bilərmi? Axı bədii ədəbiyyat təkcə oxuyub ani zövq almaq üçün deyil, onun həm də “müalicəvi” əhəmiyyəti də var.

“Flavorwire” saytı bu mövzuda araşdırmalar aparmış və bəzi pis alışqanlıqları olanlar üçün siyahı hazırlamışdır.

Tənbəllik problemi olanlar üçün: “Oblomov”, İvan Qonçarov
Heç bilirsiniz “Oblomov”un ilk 150 səhifəsində nə baş verir? Oblomov yataqdan qalxmağı rədd edir. Əgər siz də şah tənbəlsinizsə o zaman bunu Ardı »

Kitablar və mütaliəAzərbaycanlılar kimin kitabını oxuyur

“Günə 20-30 manatlıq kitab satsaq, bu, böyük şeydir. Oxucuların sayı azala-azala gedir. Ali məktəblərin tətilə getməsi işimizi daha da çətinləşdirir. Cavanlar qurşanıblar mobil telefona, internetə… Nə yaxşı ki, hələ də kitab soraqlayan adamlarımız qalıb” - Elmlər Akademiyası metrosunun həndəvərində 7 ildir səyyar kitab satışı ilə məşğul olan Mərdan kitab bazarının taleyi haqda söhbətimizə bədbin notlarla başlayır. Reportajımızı Mərdan və onun kolleqalarına həsr etməkdə məqsəd kitab bazarını gözdən keçirmək idi.

Kitab alıcıları haqda satıcı sözü
Kitabın cəmiyyətin formalaşmasında rolundan yeni söz yazmaq artıqdır. Amma o da sirr deyil ki, zəngin kitab oxuma ənənəsi olan ölkədə artıq kitab oxuyanlara yumşaq desək, barmaqarası baxanlar da azlıq Ardı »

Kitablar və mütaliəƏn yaxşı giriş cümlələri

Bəzən tanımadığımız, bilmədiyimiz əsərləri ya ilk cümləsindəncə sevmiş, ya da bəyənməyib bir kənara qoymuşuq.
Bir əsərin sevilməsi üçün onun ilk cümləsi olduqca böyük əhəmiyyət daşıyır.
Əsərin ilk cümləsi qarmağa keçilirmiş yem kimidir, oxucu “ilişdimi”, vəssalam daha əsərdən qopa bilməz.

“styilist.co.uk” saytı “ Ən yaxşı 100 giriş cümləsi” siyahısını tərtib edib. Onlardan bəziləri:

C. D. Selincer “Çovdarlıqda uçurumdan qoruyan”
“Əgər, siz, doğrudan da, mənim başıma gələn bu sarsaq əhvalata qulaq asmaq fikrindəsinizsə, onda, yəqin, birinci bunu bilmək istəyəcəksiniz ki, mən harada və haçan anadan olmuşam, uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub, mən doğulanacan valideynlərim nə işin sahibi olublar və sair və ilaxır, qısası Devid Kopperfild Ardı »

Kitablar və mütaliəKitabdan reallığa

Bu təəccüblü olsa da bəzən yazıçılar özləri də bilmədən hər hansısa əsəri yazanda fantaziya gücünü işə salaraq müəyyən fenomeni, ideyanı irəli sürürlər hansı ki, hələ mövcud deyil. İndi biz sizə bu kitabların adını və ideyalarını göstərəcəyik hansılar ki, illər sonra reallaşmışdı.

1. ”Atom bombası” söz birləşməsini ilk dəfə yazıçı Herbert Uells işlətmişdi. O, “Dünyanın azad edilməsi” kitabında bu fikirdən istifadə etmişdi. Maraqlısı odur ki, kitab 1913-cü ildə işıq üzü görmüşdü. Yəni 1-ci Dünya müharibəsindən əvvəl və hamıya məlumdur ki, atom bombası 2-ci Dünya müharibəsinin sonu 1945-ci ildə sınaqdan keçmişdi.

2. Struqas qardaşlarının “Günorta, XXII əsr” povestində “Kaspar-Karpor” sitemindən istifadə etmişdi. Bu metod beynin Ardı »

Kitablar və mütaliəSirr | Ronda Bern

Diqqətinizi çiçəklənməyə doğru yönəldin.
Daxildə nə varsa, xaricdə də odur.
Bu kitab sizə həsr olunur.
Qoy, bu Sirr sizə ömür boyu sevgi və xoşbəxtlik gətirsin!
Mən bunu sizə və bütün dünyaya arzu edirəm...
Ardı »

Kitablar və mütaliəUşaqlarda oxu vərdişləri yaratmağın yolları

Kitab oxumaq uşaqlar üçün darıxdırıcı hətta dünyanın ən çətin fəaliyyətlərindən biri ola bilər. Amma çətin də olsa da, bu fəaliyyəti bir vərdiş və həyat tərizinə çevirmək lazımdır.

Uşağınız kitab oxumağı sevmirsə, bir neçə kiçik hiylə ilə vərdiş halına gətimrək lazımdır.

Kitab hədiyyə edin
Bütün uşaqlar hədiyyəni çox sevir. Belə kiçik hiylələr ilə ona kitab oxuma vərdişində dəstək ola bilərsiniz.

Uşağınıza bir hədiyyə almaq istəyirsinizsə, bu mütləq kitab olmalıdır. Əyləncəli paketdə təqdim etdiyiniz kitab onun üçün daha cazibədar görünəcək.

Onların yanında kitab oxuyun
Uşaqlarınız böyüdükcə sizi təqlid etməyə və nümunə götürməyə başlayır. Ona kitab oxuma vərdişi qazandırmaq istəyirsinizsə, əvvəlcə mütaliyə etməyi siz – valideyinlər bacarmalısınız. Ardı »

Kitablar və mütaliəÇöl çiçəyi | Waris Dirie

“Varis” somali dilində çöl çiçəyi deməkdir
Bəzən gözü görən, qulağı eşidən adama oxşasa da adamlıqdan xəbəri olmayan adamlarla bir dünyada, bir mühitdə və hətta bir ölkədə yaşamaq insana dəhşətli gəlir. Lakin həyat bir cəngəllikdir, yaşamaq istəyən mübarizə aparacaq. Varis Driyenin mübarizə dolu həyatı kimi...

Qəribə də olsa, oxuduğum əsərlərin qəhrəmanları həmin həyat kəsiyində həmişə yaşıdlarım olub. Təsadüf bu dəfə də təkrarlandı. Varis Driye romanını yazanda düz 28 yaşını tamam etmişdi. Elə bəndəniz də 28 – ci baharını geridə qoyub. Bu dəfə dünyaya məşhur supermodelin baxış bucağından baxmağa çalışdım. Deyim ki, bu yolçuluqda xeyli yoruldum, üzüldüm.

Varis Driyenin “Çöl çiçəyi” romanını təsadüfən İstanbulda, özü də Ardı »