Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyat dərsləri aldığımız kitablar

Həyatı həm yaşayaraq öyrənirik, həm kitablardan. Elə kitablar var ki, onlar insan həyatında mühüm rol oynayır. Kimi həyatını həmin kitablardakı qəhrəmanların müsbət keyfiyyətlərini mənimsəyərək, kimi ordan öyrəndiklərilərini həyatda tətbiq edərək, kimi də heç kitab oxumadan qurur. Yaxşı kitab aqil insanın, ağıllı insanın həyatına həmişə işıq salan vasitə olub. Bu kitabların bəlkə də başında gələn iki kitab var. Bunların adını bəlkə də çoxları bilir, amma haqqında məlumatı olan az insan var. Bir az bu kitablar haqqında danışaq.


Kəlilə və Dimnə


Ədəbiyyat tarixində ilk təmsil örnəklərindən hesab olunan Kəlilə və Dimnə hind filosofu Bəydəba tərəfindən yazılmışdır. Bəydəba milladdan əvvəl 1-ci yüzillikdə yaşamışdır. Onun həyatı haqqında kifayət qədər məlumat yoxdur. Əsl adı və milliyəti barədə bir çox müxtəlif fikirlər deyilsə də tarixçilərin çoxu əsl adının Ketku olduğunu və türk əsilli olduğunu deyirlər. Bakıda doğulmuş, sonradan Hindistana köçdüyü haqda fikirlər var. Kəlilə və Dimnəni hind padişahı Dəbşəlimin dövründə yazmışdır. Bu əsər zalım padişaha bir növ nəsihət xarakteri daşıyır. Əsərin adı iki çaqqalın adından götürülüb. Bu heyvanlar əsərin əsas qəhrəmanları sayılırlar. Kəlilə xeyri, Dimnə isə şəri təmsil edir. Hekayə içərisində hekayə toplusudur. Əsərin əsas mövzusu əxlaq və siyasətdir. Tərbiyəvi xarakter daşıyır.
Kəlilə və Dimnə uşaqlara ibrət verici nağıllardan ibarətdir, onlara ədalətli, zəhmətkeş olmağı, dostluğun qədrini bilməyi aşılayır. Məşhur təmsil ustadları Ezop və La Fonten də öz təmsillərində «Kəlilə ve Dimnə» dən ilhamlanıblar.
Bu əsərə görə Bəydəba əvvəlcə həbs olunur sonra isə bağışlanaraq dövlət mövqeyində işləyir. Əsər 6-cı əsrdə pəhləvi dilinə sonralar isə Abdulla İbni Əl — Müqəffa tərəfindən ərəbcəyə tərcümə edilmişdir. Sonradan şərq və qərb dillərinə çevrilmişdir. Kitabın əsli sanskritcə (hind – avropa dilinin hind iran qoluna məxsus qədim bir dil, tarixçilərin fikrincə Hindistan, Xəzər dənizi və Orta Şərqdə işlədilən dil olub) yazılmışdır və sanskritcə adı Karataka (Kəlilə) və Damanakadır (Dimnə). Bundan başqa Bəydəbanın Nəsihət Əl — Külliyə adlı əsəri də mövcuddur.

Hekayə

Günlərin bir günü iki dost olubmuş. Bu dostların biri çox dürüst, ağıllı və zəhmətkeş imiş. O biri dostu isə yalançı, tənbəl və çox hiyləgər biriymiş. Dürüst olanın adı Kəlilə, o birinin adı isə Dimnə imiş.
Bir gün bu iki dostun yaşadığı ölkənin padişahı, ölkədə heç bir vəzir tapa bilmirmiş. Dimnə ilə Kəlilə arasında seçim edir və Dimnəni seçir. Çünki, o çox hiyləgər olur. Padişah onu vəzir edir. Ona çox inanır.
Günlərin bir günü padişah otaqda tək tənha olan vaxt qulağına çox dərin bir səs gəlir. Bu səsin haradan gəldiyini öyrənmək üçün axtarışa başlayır. Ancaq dərdini heç kimə demirmiş. Çünki, o boyda bir padişah, bir səsdən qorxmaz axı! Ancaq Dimnə onun qorxduğunu bilirmiş.
Bir gün, Dimnə padişahın yanında olan vaxt, yenə o səs gəlibmiş. Bu, inək səsi imiş. Ancaq padişah bunu tapa bilmirmiş. Dimnə onun nədən qorxduğunu başa düşür və səsin gəldiyi yerə gedir. Və bu vaxt padişah səsin bir inəkdən gəldiyini sezir. Padişah, bu inəyi çox sevir. Hər gün onunla oynayır. Dimnə bunu qısqanmağa başlayır. Ve bir gun böhtana əl atır. Padşaha deyir:
— Cənab padşah, bu inək sizin taxtınıza göz qoyub. Məncə bunun belə davam etməsinə göz yuma bilməzsiniz.
Padşah da fikirləşməyə başlayır.
Dimnə, inəyin yanına gedib deyir:
— İnək qardaş, mən padişahın yanından gəlirəm. Padişah bu yaxında səni kəsib özünə yemək olaraq bişirəcək. Sən buradan qaça da bilməzsən. Məndən deməkdir. Ancaq inək buna padşah qədər çox fikir vermir. Lakin içində yenə də bir şübhə olur.
Bir gün padşah onun yanına gedir. Bunu görən inək, ona cumur. Padişah bunu görəndə Dimnənin sözlərinin doğru olduğuna inanır və inəyi öldürtmək əmri verir.
Uzun müddət keçir. Padşah etdiyi işə görə peşman olur. Ancaq Dimnəyə heç nə etmir, çünki onu günahsız hesab edir.
Elə bu vaxt anası içəri girir:
— Oğlum, sən Dimnənin günahsız olduğuna inanma, onu bil ki, bu gün inəyini öldürən, sabah səni öldürər. Əgər canını sevirsənsə öldür onu.
Padşah bu sözlər qarşısında təsirlənir və Dimnəni öldürür.
Bu da Kəliləyə pis təsir edir və o da xəstələnib ölür.

Bu iki dostun sonu bu şəkildə bitir. Bu hekayə «Aslan və Öküz” ün hekayəsi olaraq da adlandırılır. Orada da eynilə aslan öküzün səsindən qorxur bunu hiss edən hiyləgər çaqqal Dimnə, yaltaqlanaraq heyvanların padşahı Aslanın hüzuruna gəlir və hər şeyi ona başa salır (Başlanğıcda Dimnənin dostu Kəlilə buna razı olmur ona başqalarının işinə qarışmamasını tövsiyyə edir). Sonra Dimnənin vasitəçiliyi ilə Aslan və öküz dostlaşırlar, Dimnə özünün arxa planda qaldığını görür, qısqanmağa başlayır və onların arasında söz gəzdirir. Aslan Dimnənin fitnəsinə inanaraq öküzü öldürür sonradan buna peşman olub Dimnəni də öldürür.



Qabusnamə

Ziyarilər xanədanının son hökmdarı Qabus ibn Vəşmgir tərəfindən yazılmış əsər.

Fars ədəbiyyatının qiymətli nümunələrindən olan „Qabusnamə“ özünün məzmun rəngarəngliyinə görə geniş şöhrət qazanmışdır. Dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş bu hikmət kitabı dövranın acısını-şirinini dadmış qoca atanın öz oğluna nəsihəti və vəsiyyətindən bəhs edir. Qabusnamə həyatın müxtəlif sahələrinə həsr edilmiş 44 fəsildən ibarətdir. Allahın vəsfinə həsr olunmuş birinci fəsil və peyğəmbərlərin yaranmasına həsr edilmiş ikinci fəsil nəzərə alınmazsa, „Qabusnamə“ başdan-ayağa həyati məsələləri öyrətmək, yaşamaq qayda-qanunlarını, X-XI əsr feodal İran cəmiyyətinin yaşayış normalarına uyğun olaraq, təbliğ etmək arzusundan ibarətdir. „Qabusnamə“ dünyanın acı-şirinin dadmış, isti-soyuğunu, ara vermədən bir hökmdarın taxta çıxaraq başqa birisinin şahlığını itirdiyini görmüş, müxtəlif təriqətlər, dini çarpışmalar, saray çəkişmələri, ticarət hiyləgərlikləri, insan dəllalığı, qul alveri şahidi və iştirakçısı qoca bir atanın öz oğluna vəsiyyəti — nəsihət kitabıdır.

Qədir bilməyən adama yaxşılıq etmək nadanlıqdır. Sən də nadanlıq adını qazanmağa çalışma. Öz övladının sənə qarşı necə olmalarını arzulayırsansa, sən də öz ata və anana qarşı elə ol! Övlad meyvəyə bənzər, ana-ata isə ağaca.


Nə sənətin sahibi olursan ol, ancaq sözü yerində deməyi bil, çünki yersiz deyilən söz nə qədər gözəl olsa yenə də çirkin görünər. Faydasız sözlərdən qaç, çünki faydasız sözlərdən həmişə ziyan gələr.Camaat içində heç kəsə nəsihət etmə. Deyiblər ki, „Adamlar içərisində nəsihət məzəmmətə bərabərdir“.


Sənə pis deyəni onu sənə xəbər gətirəndən tez bağışla.


Dostunun az olmasını istəmirsənsə, kin saxlayan olma!


Artıq dərəcədə kədərli olmaq istəmirsənsə paxıl olma.


İstəyirsən ki, asudə yaşayasan, işlərini hadisələrin gedişinə uyğun qur.


İstəmirsən ki, sənə divanə desinlər, tapılmayan şeyi axtarma.


Ey oğul, bir şeyi ələ gətirmək mümkünsə, fürsəti fövt etmə, lakin hər şey üstündə özünü təhlükəyə də vermə.Səy et, hər şeyi özünə layiq, ən yaxşı üsulla ələ gətir. Elə ki, gətirdin, möhkəm saxla, heçə-puça xərcləmə, əldə saxlamaq ələ gətirməkdən çətindir.


Arvaddan şübhələnib onu qısqanmasan, pulunu ondan gizlətməsən və yaxşı saxlasan, Allahın verdiyindən onu yaxşı dolandırsan, o sənə atadan, anadan və uşaqlarından daha mehriban olar. Sən özünə ondan daha yaxın, daha səmimi bir dost tapa bilməzsən. Lakin şübhələnib qısqansan, o sənə min düşməndən daha qorxulu düşmən olar. Yad düşməndən qorunmaq olar, lakin arvaddan yox.


Ey oğul, bil, insan nə qədər sağdır, onun dosta ehtiyacı var. Tez-tez dost dəyişdirməyi adət etmə. Namərdlə dostluq etmə, Badə dostlarını dost hesab etmə, çünki onlar qədəhi dost tuturlar, səni yox.


Tarix: 08.12.2014 / 13:50 Müəllif: Aziza Baxılıb: 169 Bölmə: Kitablar və mütaliə
loading...