Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oxuma sürətini necə iki dəfə artırmaq olar?

Gün ərzində kitabların oxunmasına bir neçə dəqiqə, elektron ünvanınızdakı məktubaların oxunmasına bir dəqiqə yarım vaxt sərf etmək istəyirsiniz? Oxuma sürətini iki dəfə artırmaqla vaxta necə qənaət etmək olar?

Buna nail olmaq çox asandır. Sizə taymer və beyninizdən istifadə etməyin yeni üsullarını kəşf etmək lazım olacaq.

1-ci addım: Fiziki duruş

Düz oturun, çiyinlərinizi boşaldın və döşəmədə ayaqlarınızı rahat şəkildə yerləşdirin. Tədqiqatçılar bu duruşun sizin tez oxumağınıza və yaxşı qavramağınıza kömək edəcəyini bəyan edirlər. Bunu indi edin. Daha sonra isə üzünüzün gərginliyini atın və gülümsəyin. Fərqi hiss edirsiniz?

Kitabı masaya və yaxud döşəməyə nisbətən 40 – 50 dərəcədə saxlayın və başınızı bir az önə əyin. İndi siz oxumaq üçün ideal vəziyyətəsiniz.

2-ci addım: Təxəyyül və « naringi texnikası»

“Naringi texnikası”nı istifadə edərək şüurumuzun ideal vəziyyətini yaratmaq lazımdır. Bu qeyri-adi bir metoddur, lakin siz onun sayəsində beyninizi daha tez oxumağa məcbur edəcəksiniz.

— Uğur qazanacağınıza inanın. Oxumağınızdan nə əldə etmək istədiyinzi özünüzə deyin.

— Əlinizi uzadın və təxəyyül etdiyiniz naringi götürün. Bunu indi edin. Naringinin rəngini, qabığını, şirin və hətta kəskin dadını təsəvvür edin. Sonra onun çəkisini hiss etməyə çalışın.

— Naringini başınızdan bir az yuxarıda və arxada tutun. Təsəvvür edin ki, naringi sizin başınızın üstündən bir neçə santimetr hündürlükdə sallanıb. Əlinizi aşağı salın və çiyinlərinizin gərginliyini atın. Bu möcuzəvi naringinin sizin başınızı nə cür tərpəndiyindən asılı olmayaraq hər zaman o vəziyyətdə qaldığını təsəvvür edin.

— Gözlərinizi yumun və özünüzü nə qədər rahat hiss etdiyinizə fikir verin.

— Ehtiyyatla gözlərinizi açın. Kitabınızın düzgün yerləşdirildiyindən əmin olun və daha 20 saniyə oxumağa davam edin.

— Oxuduğunuz sətrlərin sayını yazın.

Sizə bu cür oxumaq rahat gəldimi? Oxuduğunuz sözləri daha yaxşı qəbul edirsinizmi? Əksər hallarda qeyd etdiyimiz iki texnikanı istifadə etdikdə oxuma sürətinin 50 % artığını müşahidə edə bilərik.

3-cü addım: Üst yarısını oxuma

İndi oxuduğunuz sözlərin üst hissələrinə baxın. Başqa sözlə desək, tam sözlərdə diqqətinizi toplamayın, yalnız üst hissələrə baxın. Bu abzası oxuyarkən bu texnikadan istifadə edin. Fərqi hiss edirsinizmi? Əksər insanlar sözləri üst hissələrinə baxıb oxuduqda cümlənin mənasını daha yaxşı anladıqlarını müşahidə ediblər.

Bir sətri oxuyub qurtararkən dərhal növbəti sətrin əvvəlinə baxmağa çalışın. Beləliklə, siz sözlərin və ifadələrin mənalarını daha asan başa düşəcəksiniz.

Həmçinin sözləri təkrar oxumaq və konkret sözlərdə fokuslanaraq onları ucadan tələffüz etmək vərdişindən azad olacaqsınız.


Tarix: 08.12.2014 / 14:00 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Kitablar və mütaliə
loading...