Uzun müddət bədii əsərlərdəki reallıqlara aludə olmaq beyinə uzunmüddətli təsir göstərir. Roman oxumaqla beyinin bəzi hissələrində əmələ gələn dəyişikliklər kitabı bağladıqdan sonra da bizimlə qalır.
Emori Universitetinin (ABŞ) tədqiqatçıları uzunmüddətli fasiləsiz roman oxuduqdan sonra beyində uzunmüddətli izlər qalıb qalmadığını aydınlaşdırmağa çalışmışlar. Gregory Berns və onun kolleqaları eksperimentdə iştirak etmək üçün 21 könüllü dəvət etmişlər. Onlar bu könüllülərdən 9 gün ərzində Robert Harrisin “Pompey” romanını oxumağa məcbur etmişlər. Romanın mövzusu kifayət qədər geniş yayılmış mövzudur: təhlükəni hiss edən əsərin baş qəhrəmanı hadisədən heç bir xəbəri olmayan digərlərini xəbərdar etməyə çalışır. Gözlənildiyi kimi əsərdə məhəbbət motivləri də yer almışdır.
Eksperimentdə iştirak edən hər bir şəxs hər gün laboratoriyaya gəlirdilər. Burada onlar romandan 30 səhifə oxuduqdan sonra onların beyinləri yoxlanılırdı. Eksperiment iştirakçılarından həmçinin gecələr də oxumaqları tələb edilirdi, səhər isə onların beyinləri kitab oxudulmayaraq yoxlanılırdı.
Tədqiqat müəlliflərinin qeyd etdiyinə görə, mütəmadi olaraq oxumaq sol gicgah yarımkürəsində neyron əlaqələrini möhkəmləndirir. Tədqiqatçılar bir faktı nəzərə çatdırmışlar ki, hətta sakit vəziyyətdə belə neyronların güclənməsi davam etmişdir. Müəlliflər bunu əzələ yaddaşı ilə müqayisə etmişlər. Belə ki, insanlar uzun müddət məşq etməsələr belə, onların əzələləri güc ilə təmin edilir.
Bundan başqa, oxucularda bədən hissinə cavab verən ilkin sensor mühərrikli beyin qabığının gücləndirilməsi müşahidə edilib. Məlumdur ki, sensomotor yarımkürə tək real hərəkətlərlə deyil, təxəyyül vasitəsilə də fəallaşa bilər. Romanla da bu baş verir. Oxuyucular romanı oxuduqda özlərini hadisələrin mərkəzində olan cəsur romalının yerində təsəvvür edirlər. Buradan belə nəticə çıxır ki, insanlar əsəri oxuduqda beyin həqiqətəndə əsərdəki baş qəhrəmanların “cildinə girə” bilər. Hətta romanı oxuyub bitirdikdən 5 gün sonra belə beyindəki dəyişikliklər saxlanılır. Bu isə öz növbəsində bədii əsərin insan beyninə olan uzunmüddətli təsirin göstəricisidir.
Tarix: 08.12.2014 / 14:00 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Kitablar və mütaliə