Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biz niyə bədii ədəbiyyat oxumalıyıq?

Əgər sizdən “Biz niyə bədii ədəbiyyat oxumalıyıq?” soruşan dostlarınız varsa, onları görkəmli ingilis yazıçısı Nil Heymanın məruzəsi ilə tanış edin.

Bu bir növ maraqlar deklarasiyasıdır. Beləliklə, mən insan həyatında bədii ədəbiyyat oxumağın ən vacib işlərdən biri olduğu haqda danışmaq niyyətindəyəm.

Belə görünür ki, mən qərəzliyəm, çünki mən yazıçıyam, bədii mətnlərin müəllifiyəm. Mən böyüklər üçün də yazıram, uşaqlar üçün də. 30 ilə yaxındır ki, çörək pulumu sözlərin köməyi ilə qazanıram. Şübhəsiz, mən maraqlıyam ki, insanlar bədii ədəbiyyat oxusunlar, kitabxana və kitabxanaçılar yaşasın və oxumağı sevməyə imkan yaratsınlar.

Beləliklə mən yazıçı kimi qərəzliyəm. Lakin mən oxucu kimi daha qərəzliyəm.

Bədii ədəbiyyatın 2 təyinatı var.

Birinci, o sizə mütaliədən asılılığı göstərir. Sonra nələrin baş verəcəyini bilmək arzusu, səhifəni çevirmək, davam etmək zəruriyəti, kiminsə dar gündə olduğuna görə bunu etmək çətin olsa da, sən bilməlisən bu nə ilə bitəcək — əsl drayv burdadı. Bu yeni sözlər öyrənməyə, başqa tərzdə düşünməyə, irəli addımlamağa məcbur edir. Dərk etmək lazımdır ki, oxumaq özü də həzz verir. Bir dəfə bunu edəndən sonra siz oxumağa məhkum olursunuz.

Savadlı uşaq böyütməyin zəmanətli yolu onlara oxumağın xoş əyləncə olduğunu göstərməkdir. Ən asanı, onların xoşuna gələn kitabı tapmaqdır. Kitabı onlara əlçatan edin və oxumağa şərait yaradın.

Uşaqlar üçün pis müəllif yoxdur, onlar kitablarını axtarırlar, çünki uşaqlar müxtəlifdir. Onlar özlərinə lazım olan hadisəni tapır və o hadisəyə daxil olurlar. Uşaqları oxumaqdan iyrəndirməyin. Sizin fikrinizcə onlar səhv kitab oxuyurlar.

Bədii ədəbiyyatın etdiyi ikinci şey (cisim) empatiya yaratmasıdır. Televiziya verilişinə, ya filmə baxarkən siz başqalarının başına gələnləri izləyirsiniz. Bədii ədəbiyyat – nəsə hərflərdən və bir ovuc durğu işarələrindən yaratdığınızdır və siz yalnız xəyallardan istifadə edərək bir dünya yaradırsınız, məskunlaşdırırsınız və ətrafa özgə gözü ilə baxırsınız. Heç vaxt dərk etməyəcəyiniz şeyləri dərk edirsiniz. Dərk edirsiniz ki, xarici dünya da sizsiniz. Siz başqa biri olursunuz və öz dünyanıza qayıdanda sizdə artıq nəsə dəyişmiş olur.

Empatiya – insanları bir yerə yığan və özlərini özündən razı tənha kimi aparmağa qoymayan alətdir.

Eləcə də siz kitablarda bu həyatda yaşamaq üçün vacib nəsə tapırsız. Və budur: həyat mütləq belə olmamalıdır. Hər şey dəyişə bilər.

2007-ci ildə Çində idim, partiyanın razılıq verdiyi elmi-fantastika və fantezi üzrə ilk konventdə. Bir an hakimiyyət nümayəndəsindən soruşdum: Niyə? Axı elmi fantastika uzun illər təqdir edilmirdi. Nə dəyişib?

Hər şey sadədir, o dedi. Çinlilər, onlar üçün gətirilən sxemlərdən gözəl şeylər düzəldirdilər. Lakin, özləri yeni heç nə icad etmirdilər. Və buna görə də onlar Apple, Microsoft və Google-a nümayəndələr göndərdilər. Gələcəyi hazırlayanlardan özləri haqda sorğu-sual etdilər. Aydın oldu ki, onlar balaca olanda elmi fantastika oxuyublar.

Ədəbiyyat sizə başqa dünya göstərə bilər. O sizi heç vaxt olmadığınız yerə apara bilər. Bircə dəfə başqa dünyalarda olduqdan, ekzotik meyvələrdən yedikdən sonra siz heç vaxt yaşayıb böyüdüyünüz dünyadan razı ola bilməzsiniz. Narazılıq çox yaxşı hissdir. Narazı insanlar öz dünyalarını dəyişib, onu yaxşılaşdırmağa can atırlar.

Uşağın kitab oxumağa marağını öldürməyin daha bir yolu, təbii ki, ətrafda kitabın olmamağına əminlikdir. Və belə bir yer yoxdur ki, uşaqlar orada kitab oxuya bilsinlər. Mənim bəxtim gətirib. Mən uşaq olanda mənim möhtəşəm məhəllə kitabxanam vardı.

Kitabxana — azadlıqdır. Oxumaq azadlığı, ünsiyyətdə olmaq azadlığı.

Bu savaddır, sığınacaq, boş vaxtı səmərəli keçirmək imkanı və informasiyaya yoldur.

Mən belə fikirləşirəm ki, hər şey informasiyanın təbiətindən asılıdır. Hər məlumatın qiyməti var. Düzgün məlumat isə qiymətsizdir. Bütün tarix boyu biz informasiya çatışmazlığından əziyyət çəkmişik.

Son illərdə isə əksinədir, çatışmazlıqdan uzaqlaşmışıq. Məlumat həddən artıq çoxdur. Google-dan Erik Şmidtə əsaslansaq, hər iki günə insan sivilizasiyanın əvvəlindən 2003-cü ilədək yaratdığı qədər məlumat yaradır. Bu təxminən gündə beş eksabayt məlumat təşkil edir. İndi əsas məqsəd səhrada qiymətli çiçəyi tapmaqdır.

Kitabxanalar – insanların məlumat tapmaq üçün gəldikləri yerdir. Kitablar məlumat aysberqinin yalnız zirvəsidir. Onlar sadəcə ordadır və kitabxanaçılar onları ordan götürüb rəsmi olaraq sizi kitabla təmin edə bilərlər. Əvvəllərə nisbətən daha çox uşaq kitab götürür və bu müxtəlif kitablardır — kağız, elektron yaxud da audio. Lakin kitabxanalar eləcə də, interneti olmayanlar üçün şəbəkəyə çıxmaq imkanıdır.

Kitabxanalar – gələcəyə qapıdır. Bütün dünyada yerli hakimiyyətlərin kitabxanaları bağlamaqla pula qənaət etmək istəklərini görürük. Təəssüf ki, bu addımla onlar gələcəyə qapıları bağlayırlar.

Kitablar ölülərlə ünsiyyətdə olmaq imkanıdır. Artıq bizimlə olmayanlardan öyrənmək yoludur. Bəşəriyyət özünü yaradıb, inkişaf edib, daim yadda saxlamaq deyil, inkişaf etdirmək mümkün olan bilik növü yaradıb.

Kitabxanaları dəstəkləmək zəruridir. Onlardan istifadə etmək, başqalarını buna dəvət etmək, onların bağlanmasının əksinə çıxmaq lazımdır

Əgər siz kitabxanaları dəyərləndirmirsinizsə, deməli siz məlumata, mədəniyyətə və müdrikliyə dəyər vermirsiniz.

Keçmişin səsini boğaraq gələcəyə ziyan verirsiniz.

Biz gərək uşaqlarımız üçün ucadan kitab oxuyaq. Onları sevindirən kitabları oxuyaq .Özümüz artıq yorulduğumuz kitabları. Onları maraqlandırmaq üçün müxtəlif səslərlə danışmalıyıq.

Biz dildən istifadə etməliyik. İnkişaf etmək, öyrənmək, yeni sözlərin mənası və istifadəsi, aydın ünsiyyət, nəzərdə tutduğumuzu demək. Biz dili dondurmağa çalışmamalıyıq, onu ölü kimi qəbul etməməliyik. Biz dildən canlı kimi istifadə etməliyik, hərəkətdə olan söz daşıyıcısı kimi və zamanla onlara dəyişməyə imkan verən cisim kimi.

Yazıçılar – xüsusən də uşaq yazıçıları – oxucuların qarşısında öhdəliklər daşıyır. Biz həqiqi şeylər yazmalıyıq, əsasən də olmayan insanlar və bizim olmadığımız yerlər haqqında yazarkən başa düşməliyik ki, həqiqət reallıqda baş vermiş deyil, lakin bizə kimliyimizi bildirəndir. Ədəbiyyat, həmçinin doğru yalandır. Biz oxucumuzu yormamalıyıq, amma elə etməliyik ki, o, özü vərəqi çevirmək istəsin.

Həvəssiz oxuyanlar üçün ən yaxşı vasitə — ayrıla bilməyəcəkləri hadisədir.


Biz oxucularımıza həqiqəti deməliyik, onları silahlandırmalı, müdafiə etməli, bu yaşlı dünyada əldə etdiyimiz müdrikliyi çatdırmalıyıq. Biz heç vaxt, hər bir şəraitdə uşaqlar üçün özümüz oxumaq istəmədiyimizi yazmamalıyıq.

Biz hamımız, böyüklər və uşaqlar, yazıçılar və oxucular — xəyal etməliyik. Biz uydurmalıyıq. Asanlıqla riyakarlıq edərək deyə bilərik ki, yaşadığımız dünyada heç kim və heç nəyi dəyişmək mümkün deyil, cəmiyyət nəhəngdir, şəxsiyyət isə heç nədən də kiçikdir, divardakı atom, düyü tarlasındakı toxumcuqdur. Lakin həqiqət bundadır ki, şəxsiyyətlər dünyanı dəyişir və təkrar-təkrar gələcəyi yaradırlar və onlar bunu edərək hər şeyin fərqli ola biləcəyini təsvir edirlər.

Arxaya dönün. Ciddiyəm. Bir anlıq dayanın və olduğunuz yerə baxın. Aşkar olanı göstərmək istəyirəm. Ətrafınızda gördüyünüz hər şey nə vaxtsa düşünülmüşdür. Kimsə fikirləşib ki, stulda oturmaq yerdə oturmaqdan daha rahatdır və stulu icad edib. Kimsə mənim sizinlə Londonda, islanmaqdan qorxmayaraq ünsiyyətdə olmağım üçün çalışıb. Bu otaq, otaqdakı əşyalar, bina, şəhər… Hər şey nə vaxtsa kimsənin tərəfindən düşünülüb.

Biz əşyaları gözəl etməliyik. Dünyanı bizdən əvvəl olduğundan da eybəcər etməməli, dəryaları qurutmamaq, öz problemlərimizi gələcək nəsillərə ötürməməliyik. Özümüzdən sonra yığışdırmalı, uşaqlarımızı səfehcəsinə xarab etdiyimiz, talan və eybəcər etdiyimiz dünyada qoymamalıyıq.

Bir dəfə Albert Eynşteyndən soruşurlar ki, uşaqlarımızı necə daha ağıllı edə bilərik. Onun cavabı sadə və müdrik olur. Əgər istəyirsiniz ki, uşaqlarınız ağıllı olsun, onlara nağıl oxuyun. Onların daha ağıllı olmaqlarını istəyirsinizsə, onlara daha çox nağıl oxuyun.

O, oxumağın və təxəyyülün dəyərini anlayırdı. Ümid edirəm ki, biz uşaqlarımıza onların kitab oxuyacağı və onlar üçün kitab oxunacaq, təxəyyüllü dünya verə biləcəyik.


Tarix: 08.12.2014 / 14:00 Müəllif: Aziza Baxılıb: 252 Bölmə: Kitablar və mütaliə
loading...