Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqların çəkdiyi şəkil sizə nəyi izah edir?

Uşağınızın Çəkdiyi Şəkil Sizə Nə İzah edir?
Ailəsi tərəfindən çox tənqid olunan uşaq böyük qulaq, danlanılan uşaq böyük və dişləri görünən bir ağız, günaha meyli olan uşaq isə buğumlu və detallı barmaqlar çəkir. Qısacası uşağınızın ruh halı çəkdiyi şəkildə gizlidir...
Uşaqlarınızın şəkilləri çox şey izah edir. Uşağın ana, ata və ya qardaşlarını çəkmə tərzi onun bu kəslər ilə arasındakı ünsiyyəti göstərir. Bir orqanın normaldan kiçik və ya böyük çəkilməsi ya da heç çəkilməməsi, uşağın ailə fərdlərinə baxış tərzindən, ana atanın ona olan yanaşma şəklinə qədər xeyli çox problemə işıq tutur. Araşdırmalar, ailənin uşağın şəkillərini izləyərək, xüsusilə daha çox çəkilən şəkillərin diqqətə alınıb bir psixoloqla məsləhətləşilməsi lazım olduğunu söyləyir.
Çəkdiyi Şəkil Uşağı Ələ Verir....
Ağız: Əsəbini küfr və pis söz ilə ifadə etmək meylində olan uşaq, açıq içi qara boyanmış ağız çəkir. İnsanlarla danışmaqdan çəkinən uşaq isə xətt şəklində bir ağız çəkər. Uşaq oval, dişləri görünən bir ağız çəkirsə, bu ailədə uşağı danlayıb alçaldan birinin olduğunu göstərir.
Burun: Böyük çəkilməsi uşağın cinsi mövzularda danışacağı bir yetkin tapa bilmədiyini göstərir.
Qulaq: Qısa saçlı və ya saçsız bir başda qulaq çəkilməməsi, uşağın ictimai əlaqələrə problem yaşadığını, böyük qulaq çəkməsi isə tənqid olunduğunu göstərir.
Çənə: Geniş, bucaqlı bir çənə uşağın qərar vermədə problem yaşadığını göstərir.
Boyun: Boyunsuz çəkilmiş bir ailə fərdi hirsini idarə edə bilmir deməkdir. İncə və uzun bir boyun isə uşağın özünü davamlı nəzarət etdiyinə və arzularını basdırdığına işarə edir.
Utancaq uşaq, çəkdiyi şəkildəki insanın qollarını bitişik çəkir.
Saçlar: Basdırılaraq rənglənilən saç, güclü olma arzusunu göstərər. Uşağın öz saçını basdıraraq rəngləməsi özünü əzik hiss etdiyinin, valideynlərinin saçını basdıraraq rəngləməsi isə valideynlərin avtoritar olduğunun göstəricisidir.
Çiyin: Bucaqlı çiyinlər və sərt bədən xəttləri təcavüzkarlığa işarə edir. Bu xəttlərdə çəkilən bir valideynlər uşağa qarşı sərt davranır deməkdir. Yumşaq xəttlər isə tam tərsini ifadə edir.
Qollar: Qolların bədənə bitişik çəkilməsi uşağın özünəqapanıqlılığını göstərir. Uşaq anasını iki qolu açıq olaraq çəkirsə, onunla daha çox fiziki təmas yaşamaq istədiyini izah edir. Qolsuz çəkilmiş valideynlərin uşaqla maraqlanmadığı və əsəbi olduğu aydın olur.
Barmaq: Barmaq sayı az çəkilirsə uşağın hədəfsiz və ehtirassız, çox çəkilirsə də çox ehtiraslı olduğu aydın olur. Uşaq barmaqları buğumlu və incə detallarıyla birlikdə çəkirsə diqqət yetirilməlidir, çünki bu vəziyyət uşağın cinayətə meyli olduğunu göstərir.
Qıçlar: Qıç və ayağın olmaması çəkilən adamın öz ayaqları üzərində dayana bilməyən bir insan olduğunu göstərir. Tərs istiqamətə baxan ayaqlar qərarsızlığa, uşaqlıq ilə böyümək arasındakı qarşıdurmaya işarə edir. Sağa dönük ayaq adamın keçmişə, sola dönük ayaq isə hədəf təyin etməyə istiqamətli olduğunu göstərir.
Ayrıca göbək dəliyinin və ya düyməli paltarlar çəkilməsi uşağın anaya həddindən artıq düşkün olduğunu ifadə edər. Şişirdilmiş paltar çəkmək isə, uşağın bəyənilmə istəyini göstərir.
Müqayisə edilən uşaq böyük baş çəkir.
Əksəriyyətlə valideynləri tərəfindən tənqid olunan və başqalarıyla müqayisə edilən uşaqlar, çəkdikləri şəkillərdə baş qisimini böyük çəkərlər. Bu romantik və ictimai əsassızlığın da əlamətidir. Uşağın çəkdiyi şəkildə gözlərin kiçik, nöqtə şəklində çəkilməsi, uşağın adamı depresif, özünəqapanıq və ünsiyyət qurmayan biri olduğunu ortaya çıxarır.


Tarix: 03.01.2015 / 14:09 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Körpəyə qulluq
loading...