Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpə Bələmə..

Son illərin müzakirə mövzuları sırasına daha bir mübahisəli məqam əlavə olundu. Körpəni bələmək lazımdırmı? Əksər gənc analar bələkdən imtina etməyə tələssələrdə , hələ də bələmənin tərəfdarı kimi çıxış edənlər var. Körpəni həyatının ilk günlərində bələmək lazımdır. Balaca əl -qol atır, bələmə körpəni elə öz hərəkətlərindən qoruyur. Körpə gecələr diskinmir, əmizdirmə zamanı ananın işi asandlaşır. Bələk hələ çox zəif olan balacanı soyuqdan da qoruyur. Sonrakı həftələrdə çəkinmədən rahat bələməyə kecə bilərsiniz. Adətən əksər analar körpəni çarpayıda bələyirlər. Ana əyilib qalxdıqca əziyyət çəkir, çarpayının hündürlüyü uşağı rahat bələməyə imkan vermir. Odur ki, bu məqsədlə əvvəlcədən xüsusi masa hazırlanmalı, ən əsası isə gündə bir dəfədən az olmayaraq təmiz silinməlidir.
Körpəni bələyərkən ana hansı bələmə üsulundan yararlanmalıdır? Körpəni boş və mümkün qədər bərk bələməlidir? Bu gün dünya təçrübəsində bərk bələmə aradan qalxmaqdadır. Əgər 20-30 il əvvəl nənələrimiz körpəni bərk bələməklə gözəl bədən quruluşuna nail olacaqlarını düşünürdülərsə, bu gün bu yanaşmanın ümumiyyətlə absurd olduğu və hətta körpənin sağlamlığını zərbə altında qoyduğu danılmaz fakt olaraq qəbul olunur. Əvvəllər hesab edildiyi kimi bərk bələmə ayaqların düz olmasına deyil , əksinə raxit, vitamin d catışmamazlığına səbəb olur. Körpə bərk bələndikdə ayaq və əllərinə yalnız 6 aydan sonra öyrənir. Məsələnin psixoloji tərəflərinə gəldikdə isə hələ qədim hindlilər hesab edirdilər ki, körpə bərk bələndikdə onun azadlıq sevgisi, iradəsi basılır, gələcəkdə körpə bir fərd kimi özünü ifadə edə bilmir. Bu gün psixoloqlar mövcud fikirin tərəfdarı kimi çıxış edərək körpənin azadlıq hissini əlindən almamağa çağırırlar.
Bərk bələnmədən fərqli olaraq boş bələnmə uşağın bud çanaq oynağının düzgün inkişaf etməsinə səbəb olur. Körpə özünü daha rahat hiss edir. İstədiyi qədər əllərini və ayaqlarını tərpədir, sakitləşir. Bərk bələnmə qan dövranını zəiflətdiyi təqdirdə,boş bələnmə əsəb sistemini sakitləşdirir, körpənin özünü daha gumrah hiss etməsinə yardım edir. Bəzi analar bələdikdən sonra körpənin başına mütləq papaq qoyurlar. Onlar körpənin qulaqlarına soyuq olacağından ehtiyyatlanırlar. Narahat olmağa hec bir əsas yoxdur. Normal otaq tempraturunda körpəniz başı açıq qala bilər. Qulaq ağrıları isə əsasən çimizdirmə zamanı ananın yol verdiyi ehtiyyatsızlıq nəticəsində baş verir.
Əgər balaca sakitdirsə onun əyninə 2-3 gün sonra çiynində bağları olan ayaqlıq da geyindirə bilərsiniz. Uşağın paltarlarını ilk 2 ayda uşaq sabunu ilə yumaq, hər iki tərəfdən ütüləmək lazımdır.
Qeyd:
Körpə uzun müddət yaş əsgilərdə qalmamalıdır.
Körpənin əskiləri təmiz olmalıdır
Əsgiləri yalnız suya çəkmək kifayyət deyil
Körpəni bələdikdə ən azı 5 dəqiqə hava vannası qəbul etməlidir.


Tarix: 03.01.2015 / 12:50 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Körpəyə qulluq
loading...