(Nəqarət: Səbinə Rəhimova)
Hər səhər mən yuxudan oyanıb
Səni düşünürəm, sənsə uzaqda
Hələ neçə illər gör dayanıb
Yolumuzu gözləyir bizim qabaqda
(verse: PRoMete)
Bu deyil kədər, sadəcə bir qədər məsafə var aramızda
Sən evdəsən, mən uzaqda, gülüm, darıxma
Hər səhər oyananda təqvimə bax, məni xatırla
Və unutma, buludların arxasında Günəş var
Uzun ayrılıqlar şirin olur, əgər sonluğunda görüş var
Sən demişdin bu sözləri, xatırlayıram, indi üzdə gülüş var
Döyüşlər, mübahisələr, darıxmışam yaman mən
Albomları səhifəliyirəm hər gün işdən sonra dəfələrlə
Dağüstü park, şəkillərimizin kənarları cırıq-cırıq səhifələrdə
Səndən uzaqlarda mənim üçün eyni küçələr də, döngələr də, dalanlar da
Çünki sənli xatirələrin iyi gəlmir buralardan
Oralarda sənin üçün də çox çətindir, bilirəm
Gülüm, sevirəm səni
Qoy, bu sətirlər sənə güc verə biləcəyi qədər güc versinlər
Bahar gəlsin və qaranquşlar gələn kimi bil ki, gəlirəm mən də
(Nəqarət: Səbinə Rəhimova)
Hər səhər mən yuxudan oyanıb
Səni düşünürəm, sənsə uzaqda
Hələ neçə illər gör dayanıb
Yolumuzu gözləyir bizim qabaqda (x2)
(verse: Səbinə Rəhimova)
Səndən ayrı mənə sevinc də qəmdir
Gecələri səhərə gözlər nəmdir
Sən hər yuxumun qonağı
Gəl buraxıb uzağı
Çox darıxıb dodağım sənsiz
Hər küçə yaşadır bizdən nəsə
Elə hey axır gözdən nəsə
Mənim üçün bu dünyanın tək mənası
Mən və sən, mən və sən
(Nəqarət: Səbinə Rəhimova)
Hər səhər mən yuxudan oyanıb
Səni düşünürəm, sənsə uzaqda
Hələ neçə illər gör dayanıb
Yolumuzu gözləyir bizim qabaqda (x2)
(verse: PRoMete)
Günü-gündən daha da çətindir səndən uzaq
Uzağın adı uzaqdır, məsafəsi çox uzaq
Burada yaşadığım mənzildə doludur hər tərəf vərəqlərlə
Yazılı yerə səpələnmiş qalaq-qalaq
Artıq həyat tərzimə çevrilib sənin üçün yaşamaq
Sənin üçün yazmaq və sənin üçün yaratmaq
Hərdən taqət də azalır, qürbət məni çox sıxır
Yarı yolda buraxıb hər şeyi, istəmirəm uzatmaq
Səninlə buraların olardı tamam başqa dadı
Haraları gəzdirəcəm sənə yadımdadır
Dünyanın ən böyük şəhərlərini əl-ələ gəzsək
Çönüb sevgi şəhəri olacaq bu şəhərlərin adı
Gündüzlər iş də qata bilmir mənim başımı
Yazmışdın, ağlayırsan gecələr, sil göz yaşını
Mən də çox darıxıram, amma ki, çox az qalıb
Sıxılma, yaxındadır görüş, gəzərik Bakını
(Nəqarət: Səbinə Rəhimova)
Hər səhər mən yuxudan oyanıb
Səni düşünürəm, sənsə uzaqda
Hələ neçə illər gör dayanıb
Yolumuzu gözləyir bizim qabaqda (x2)
Tarix: 30.03.2015 / 12:10 Müəllif: Aziza Baxılıb: 526 Bölmə: Host