Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əllər

(verse: Qaraqan)
Payıza qarşı kapüşon
Yağışlı küçədə kölgəsi, bir də O
Həyatdan bezmiş baxışlar, bir də yol
Piyadalar, maşınlar, dayanacaqlar, metro
Baxışlarında ölmüş insanlar, tələsən addımlar
Çəkdiyi əzablar çıxmır yadından
Üzdə qırışlar, o qocalmış uşaq
Evdə ac körpələr, lazımdı pul tapmaq
Yadına düşür yaxşı vaxtlar, maaş, ailə, nahar
Həyat yoldaşının xöşbəxt gözləri və uşaqlar
O bacarar, o qayıdar evə çörək və duzla
Gülüş doğar qəmlə, parçalanmış ümüdsüz üzlər
O bilir bu seçimlə tapmayacaq xoşbəxtliyi
O bilir nədi qorxaqlıq və nədi zəiflik
O bilir yıxılanı əzir ayağı altda şəhər
Amma lazımdı oğlana kitap, qələm, dəftər

(verse: Qaraqan)
Tələsən piyadalar itələdikcə bir-birini
Bahalı maşınlardan sıçradıqca səkiyə palçıq
Bakının yoxdur vicdanı, bu şəhər boz və kinli
Və yüksəldikcə binaları, Bakı olur alçaq
Lazımdı çörək tapmaq, daşdanda pul çıxartmaq
O bilir yoxdu nə ata, nə qohum, nə dayaq
Yanında dörtcə kömək, iki əl və iki ayaq
Evdə qurtarıb ət, yoxdu çörək, lazımdı yağ
Necə söysün talehi, taleh hər kəs üçün fərqli
Yenə şükür Allaha canı sağlam, yox xəstəlik
Bu dördüncü həftədir əlində köhnə diplomla
Gəzir bir-bir binaları, pulsuz işləyim nə olar
Məni bir ay yoxlayın, tələsməyin qərarla
Məni evdə gözləyir xəstə arvad, iki balamla
Olmayıb varlı dostum, fəxr etməmişəm atamla
Nə olsun ki, vermirəm rüşvət, amma məndə savad var
Qayıtdı kor-peşman, əsəbləri son həddə
Havalar soyuyur, məktəb üçün lazım paltar
Bir qutu siqaretə xərclənmiş son qəpiklər
Sonuncu ümüd öldü tüstü ilə, açıldı əllər

(verse: Qaraqan)
Əllər açılır sevincdən, göz yaşı silir əllər
Əllər var daş daşıyır, pul sayır bəzi əllər
Əllər var çörəyi bölür, çoxusun verir ac qonşuya
Əllər var dolu qızılla, dolu üzüylə deyil xoşbəxt
Əllər var tutur qələm, bəzi əllər toxunmaqçün
Əllər var tutur əlləri əllərdən qorunmaqçün
Əllər var daim hazır yeni şeylər öyrənməkçün
Əllər var hər şeyi bilir, açılır dilənməkçün
Əllər var alın tərini silir, əllər var köməksiz
Əllər var yetim əlacsızları qoyur çörəksiz,
Əllər var tutur silah, bəzi əllər bağlı zəncir
Əllər var palçığın içindən çıxıb, olub zəngin
Əllər var yapışır başqa əllərdən yaşamaqçün
Əllər var hazır ancaq vurmaqçün, daşlamaqçün
Əllər var seçir paltar, seçir qızıl bəzənməkçün
Əllər var oğlu, qızı ac, açılır dilənməkçün


Tarix: 30.03.2015 / 12:09 Müəllif: Aziza Baxılıb: 278 Bölmə: Host
loading...