Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fizika qanunlarını bilən Colias kəpənəkləri

Öz bədənimizin və ya otağın istiliyini ölçmək üçün mütləq termometrə ehtiyacımız var. Şüur sahibi olmayan kiçik cücülər- Colias kəpənəkləri bədən temperaturunu özləri ölçə bilir və əgər 28 dərəcədən aşağı olsa uça bilməzlər. Belə olduqda kəpənək dərhal qanadlarını açır və arxası günəşə doğru, şüaları şaquli alacaq şəkildə dayanır. Kəpənək kifayət qədər isinib bədən temperaturunu 40 dərəcəyə çatdıranda öz ətrafında 90 dərəcə dönür. Beləliklə, günəş şüalarını üfüqi formada da alır. Bu hərəkətlə günəş şüalarının isidici təsiri minimuma endirilir. Həmçinin kəpənəyin bədən temperaturu enməyə başlayır. Bundan başqa, bu cins kəpənəklərin qanadlarında kiçik qara ləkələr olur. Bu ləkələr də temperaturu kəpənəyin bədənində toplamaq funksiyasını daşıyır. Lakin bu ləkələr də təsadüfi yerlərdə deyil. Bunlar bədənin isinməyə ən çox ehtiyacı olan hissələrində yerləşdirilib. Bu quruluş sayəsində qanadlardakı tez isinən kiçik ləkələrdən başqa hissələrə istiliyin nəqli asanlaşır. Çünki istiliyi ötürmək üçün lazım olan məsafə qısalmışdır.
Sual yaranır ki, kəpənək bədən istiliyini necə ölçür? 40 dərəcəyə çatan kimi bunu necə anlayır? Uça bilməməsinə bədənindəki aşağı temperaturun təsir göstərdiyini necə bilir? Bunu da keçdik, hardan bilir ki, ilk öncə şaquli, daha sonra üfüqi vəziyyətdə durmaq lazımdır, daha sonra 90 dərəcə bucağını necə tənzimləyir, bu şəkildə günəşdən gələn şüaların minimuma enəcəyini haradan bilir? Bunu şüurlu canlı belə lazımi ləvazimatlar olmadan hesablaya və edə bilməz. Bütün canlılarda olduğu kimi, kəpənəklərdə də üstün ağıl sahibinin, Yaradıcının, yəni Allah`ın üstün və sonsuz elmi ilə qarşılaşırıq.


Tarix: 09.12.2014 / 14:56 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Heyvanlar aləmi
loading...