Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atın təkamülü əfsanəsi və mərhələləri

Məməlilərin mənşəyi məsələsində mühüm yer tutan başlıq uzun zamandan bər təkamülçü mənbələri baş tacına çevirdikləri "atın təkamülü" əfsanəsidir. Bu, bir əfsanədir, çünki elmi kəşflərə deyil, təxəyyül gücünə əsaslanır. "Atın təkamülü"nü xarakterizə etdiyi iddia edilən sxemlər yaxın dövrə qədər təkamül nəzəriyyəsinə dəlil kimi göstərilən fosil sıralamalarının ən başında gəlirdi. Lakin bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin əsassızlığını açıq şəkildə qəbul edir.atın təkamülü
1980-ci ilin noyabrında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin müzakirə edildiyi bir toplantıda nitq söyləyən təkamülçü Boys Rensberqer atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir əsasının olmadığını və atın mərhələli təkamül keçirməsi kimi bir prosesin heç baş vermədiyini belə izah etmişdir: Təqribən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki canlılardan bu günün daha böyük tək dırnaqlı atına doğru ardıcıl mərhələli dəyişiklik olduğunu irəli sürən məşhur atın təkamülü misalının əsassız olduğu uzun zamandan bəri məlumdur. Mərhələli dəyişiklik əvəzinə hər növün fosilləri tamamilə fərqli şəkildə üzə çıxır, dəyişmədən qalmışdır, sonra da nəsli kəsilmişdir. Ara keçid formalar məlum deyil.Rensberqer dürüst şəkildə atın təkamülü ssenarisindəki bu mühüm müəmmanı dilə gətirərkən əslində bütün nəzəriyyənin fosil qeydlərindəki ən böyük müəmmasını - "ara keçid formaları müəmmasını" gündəmə gətirmişdir.Dr. Nayls Eldric atın təkamülü sxemi haqqında belə deyir:Həyatın mənşəyi haqında hər biri bir-birindən fantastik bir sıra hekayə var. Bunun ən məşhur nümunəsi isə bəlkə 50 il əvvəl uydurulmuş və hələ də alt mərtəbədə duran atın təkamülü sərgisidir. Atın təkamülü yüzlərlə elmi mənbə tərəfindən böyük həqiqət kimi təqdim edilmişdir.

müasir at)Ancaq indi bu cür iddiaları ortaya atan şəxslərin təxminlərinin ancaq fərziyyə olduğunu düşünürəm.Bəs "atın təkamülü" ssenarisi nədir? Bu ssenari Hindistan, Cənubi Amerika, Şimali Amerika və Avropada fərqli zamanlarda yaşamış, fərqli canlı növlərinə aid fosillərin təkamülçülərin təxəyyül gücü sayəsində kiçikdən böyüyə doğru düzülməsiylə əmələ gətirilən sxemlərlə ortaya atılmışdır. Ayrı-ayrı tədqiqatçıların irəli sürdükləri 20-dən çox müxtəlif atın təkamülü sxemi var. Hamısı da bir-birindən fərqlənən bu nəsil ağacları haqqında təkamülçülər arasında da fikir ayrılığı var. Bu ardıcıllıqlardakı yeganə ortaq cəhət 55 milyon il əvvəl Eosen dövründə yaşamış eohippus (hyracotherium) adlı itəbənzər bir canlının atın ilk əcdadı olduğuna inanılmasıdır. Əslində isə atın milyon illər əvvəl nəsli kəsilmiş əcdadı kimi təqdim edilən eohippus hələ də Afrikada yaşayan və atla heç bir əlaqəsi və bənzərliyi olmayan hyrax adlı heyvanın demək olar ki, eynisidir.Atın təkamülü iddiasının əsassızlığı hər keçən gün ortaya çıxan yeni fosil tapıntılarıyla daha açıq şəkildə başa düşülür. Eohippus ilə eyni təbəqədə dövrümüzdə yaşayan at cinslərinin də (equus nevadensis və equus occidentalis) fosillərinin tapıldığı müəyyən edilmişdir.

Bu, dövrümüzdəki at ilə onun "əcdadının" eyni zamanda yaşadığını göstərir ki, bu da atın təkamülü adlanan prosesin heç vaxt baş vermədiyinin sübutudur.Təkamülçü yazıçı Qordon R.Teylor darvinizmin açıqlaya bilmədiyi mövzulara toxunduğu "Böyük təkamül müəmması" (The great evolution mystery) adlı kitabında atın təkamülü ardıcıllığı əfsanəsinin əsl mahiyyətini belə izah edir:Darvinizmin bəlkə də ən ciddi zəif cəhəti paleontoloqların böyük təkamül xarakterli dəyişikliklər göstərən qohumluq əlaqələrini və canlıların təkamül ardıcıllıqlarını üzə çıxara bilməmələridir. Atın təkamül ardıcıllığı, əsasən, bu mövzuda həllini tapmış yeganə nümunə kimi göstərilir. Ancaq həqiqət bundan ibarətdir ki, eohippusdan equusa qədər uzanan ardıcıllıq çox əsassızdır. Bu ardıcıllığın getdikcə böyüyən bədən ölçüsünü göstərdiyi iddia edilir, amma əslində ardıcıllığın sonrakı mərhələlərindəki canlıların bəziləri (ardıcıllığın ən başında yerləşən) eohippusdan daha böyük deyil, daha kiçikdirlər. Müxtəlif qaynaqlardan olan növlərin birləşdirilərək inandırıcı ardıcıllıqda ard-arda düzülməsi mümkündür, amma tarixdə həqiqətən bu ardıcıllığı dəstəkləyən heç bir sübut yoxdur.Bütün bu həqiqətlər təkamül nəzəriyyəsinin ən tutarlı dəlillərindən biri kimi təqdim edilən atın təkamülü sxemlərinin heç bir əsası olmayan xəyali ardıcıllıqlar olduğunu ortaya qoyur. Digər növlər kimi, atlar da təkamül əcdadına malik olmadan yaradılmışdırlar.


Tarix: 09.12.2014 / 14:44 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Heyvanlar aləmi
loading...