Kondisionerlər bizi qışda soyuqdan, yayda isə istidən qoruyur. Lakin soyuducu sistemləri ilk dəfə insanlar kəşf etməyib. əslində bir çox canlının bədənində kondisionerə bənzər soyuducu sistemlər var. Buna Afrikada yaşayan və çox sürətli qaçan ceyranı göstərə bilərik. Bu canlı bir çox başqa canlılar kimi başqa müdafiə vasitəsi olmadığından həyatını davam etdirmək üçün düşmənlərindən qaçmaq məcburiyyətindədir. Lakin bu sürətli qaçış ceyranın bədən temperaturunu yüksəldir. Bu hal ceyran üçün çox təhlükəlidir, çünki bədən temperaturu artdıqca ceyranın beyin temperaturu da arta bilər. Amma ceyranın yaşaması üçün beyni bədənindən sərin olmalıdır. Belə halda ağlınıza "bu halda ceyranlar nə üçün ölmür?" sualı gələcək.
Ceyranların beynini başlarının sağ tərəfində yerləşən xüsusi soyuducu sistem soyudur. Bundan əlavə, ceyranların və başqa sürətli qaçan heyvanların tənəffus yolları var. Bu yolların arxasında uzanan böyük qan yığınları arasaında da yüzlərlə kiçik qan damarları uzanır. Ceyranın nəfəs aldığı havanın bu yeri soyutması nəticəsində kiçik qan damarlarının içərisindən keçən qan da soyumuş olur. Sonra kiçik damarlar qanı beyinə daşıyan tək bir qan damarında birləşir. Bu sistem sayəsində ceyran qaçarkən sürətlə artan bədən temperaturu ona təsir etmir.
Belə bir qüsursuz sistem müəyyən zaman içində öz- özünə ortaya çıxa bilməz. Çünki beynin soyuması üçün lazım gələn bu sistem olmasa, ceyran ilk qaçışındaca ölə bilər.
Ceyranlarda olan soyuducu sistemin nümunəsindən də göründüyü kimi, canlılarda olan bu planlaşdırma ideal quruluşa malikdir.bütün canlıların ceyranlarda olan soyuducu sistem kimi ideal sistemlərlə təchiz edilmiş bədəni var. əgər bu sistemlərdən təkcə birində hər hansı çatışmazlıq olsa, onların heç biri işə yaramaz. Bu da təkamülçülərin iddia etdiyi kimi, canlıların təsadüfi olaraq müəyyən dövr içində yaranmadığını, əksinə, bütün canlıları yaradanın Allah olduğunu isbat edir.
Tarix: 09.12.2014 / 14:45 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Heyvanlar aləmi