Kisə yanaqlı sincab digər sincablardan daha fərqlidir. Bu sincab növünü digər sincablardan ayıran xüsusiyyət yemədiyi qidasını yanaqlarındakı kisəsində saxlamasıdır. Sincab daha sonra bunlardan qida ehtiyatı kimi istifadə edir. Yanağındakı kisələr əslində çox elastik quruluşa malik dəri qırışlarıdır. Bunların içəri hissəsi boş olsada rütubətli deyil, yəni qida orada xarab olmadan uzun müddət qalır. Bu kisələr ağızın hər iki tərəfində yerləşir. Sincab kisələrini doldurmaq üçün bir qozu pəncələrinin arasında tutaraq bunun hər iki ucundakı iti hissələri düzgün şəkildə dişləyib qoparır. Sonra qozu kisələrindən birinin işinə qoyur. Ondan sonrakı qozu isə digər kisəyə yerləşdirir. Kisələr bu minvalla doldurulur. Heyvan hər kisəyə dörd qoz qoya bilir. Beləliklə, sincabın üzü maraqlı və sevimli halını alır.
Tarix: 09.12.2014 / 14:41 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Heyvanlar aləmi