Bildiyimiz kimi bəzi bitkilərin toxumları zəhərlidir. Bu da onları yeməyə çalışan düşmənlərinə qarşı bir müdafiə üsuludur. Lakin Amerikada yaşayan bir tutuquşu növü bu toxumların zəhərli olmasına baxmayaraq onlarla qidalana bilir. Tutuquşunun bu hərəkəti çox təəccüblüdür. Çünki digər canlılar bu toxumlara yaxınlaşa bilmədiyi halda, israrla toxumları yeyən bu quşlara heç bir şey olmur. Bu təəccüblü hadisənin necə baş verdiyi ilə sizdə maraqlandınız, elə deyilmi?
Makau adlı bu tutuquşu növünün zəhərlənməməsinin səbəbi alimlərin də diqqətini çəkmişdir. Quşları müşahidə edən alimlər çox maraqlı hadisənin şahidi olublar. Makaular qidalılığı yüksək olan bu zəhərli toxumları yedikdən dərhal sonra bir qayalığa doğru uçurlar. Həmin yerə çatdıqları zaman burada olan bəzi gilli qaya parçalarını gəmirib udurlar. Bu, təsadüfi bir hadisə deyil. Gilli qaya parçalarının əsas xüsusiyyəti toxumların içindəki zəhəri çəkməsidir. Beləliklə, quş bunun sayəsində hər hansı narahatçılıq hiss etmədən toxumları həzm edə bilir.
Bir toxumların zəhərli olub-olmadığını kənardan baxaraq müəyyən edə bilməz. Toxumun zəhərini necə zərərsizlləşdirəcəyini isə təxmin edə bilməz. Buna görə ya bir təhsil almalı, ya da bu haqda bir şey bilən bir nəfərlə məsləhətləşməlidir. Belə olduğu halda heç bir ağlı və düşüncəsi olmayan bir quşun uzunmüddətli kimyəvi təhlil və tətqiqatlar nəticəsində belə bir şeyi kəşf etdiyini də demək olmaz. Makauların insanların uzun sürən ixtisas təhsilindən sonra eldə olununan biliklərə təsadüfən nail olması qeyri mümkündür. Makaulara bu biliyi hər şeyi qusursuz yaradan və hər şeyi bilən Allah öryətmişdir.
Tarix: 09.12.2014 / 14:41 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Heyvanlar aləmi