Bir dişi heyvanın balalarını udduğunu eşitsəniz, hərhalda onun nə qədər vəhşi olduğunu düşünərsiniz.
Halbuki Avstraliyada yasayan bir qurbağa növü, balalarını vəhşiliyindən deyil, mərhəmətindən udmaqdadır.
'Rheobatrachus silus' adi verilən qurbağanın yumurtadan çıxmaq üzrə olan balalarını udma səbəbi, onların təhlükəsiz bir şəkildə inkişafını təmin etməkdir. Görəsən ana qurbağanın mədəsinə enən balalar, mədə tərəfindən həzm edilməyəcəkmi?
Əlbəttə xeyr.
Çünki bütün kainatda görülən İlahi rəhmət, bu balaları da laqeyd yanaşmayır. Yeni doğan aciz balalara anında süd yetişdirərək
mərhəmətini göstərən Tanrı, mədəyə enən balaların həzm edilməməsi üçün də, qurbağanın mədəsindəki həzm fəaliyyətini dayandırar. Dişi qurbağanın daha əvvəl mədəsinə doldurduğu qida maddələri bağırsağa çatdırlır və mədənin quruluşu tamamilə dəyişərək, balalar üçün isti və təhlükəsiz bir beşik surətinə girir.
Gonbulluğu ilə tanınan bu qurbağanın iştahı, eyni rəhmət sahibi tərəfindən sonra tamamilə kəsilir və kürt dövrəsi tamamlanana qədər heyvan tam 2 ay aç qalır. Kürtün sonrakı mərhələsində mədə böyüyərək ağciyərə dayanır. Və onun fəaliyyətinin dayanmasına səbəb olur.
Ancaq İlahi Rəhmət burada da imdada yetişir və ağciyərləri sıradan çıxan qurbağa, dərisi vasitəsiylə nəfəs almağa başlayır.
Yumurtadan çıxan qurbağalar daha sonra yemək borusundan dırmaşır və ana qurbağanın ağızından aşağı atlayaraq, gün işığına çıxırlar.
Mədə balaların tamamilə çıxmasından 8 gün sonra normal
halına gəlir və vəzifəsini yerinə yetirən qurbağa, yeyib içməyə başlayır.
Avstraliyanın Adelade Universitetindən Zoolog Michael J. Tyler ilə köməkçisi David Carter tərəfindən ortaya çıxarılan bu əsrarəngiz hadisə, fizioloji olaraq bilinən elm sahəsini alt-üst etmişdir.
Elm adamları xoranın müalicəsində yeni bir ümid olaraq gördükləri bu fövqəladə hadisənin necə reallaşdığını və mədədəki fəaliyyətin necə dayandırıldığını hələdə axtarmaqla məşğuldurlar...
Tarix: 09.12.2014 / 14:43 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Heyvanlar aləmi