Canavar- canlı təbiətin bir hissəsi olub, ağıllı və cəsarətli yırtıcı heyvandır. Bir çox əsatirlərdə onun faydalı və ziyankar olduğu göstərilir.
Hələ min illər bundan əvvəl insanlar əkinçilik və heyvandarlıqla məşğul olmamışdan qabaqcanavarla yaxın əlaqədə olmuşlar.
Amerika alimi D. Miç qeyd edir ki, canavar olan ərazidə sığınlar əkiz doğur. Canavar olan qoruqlarda dırnaqlı heyvanlar sürətlə çoxalır. Bəzən çobanlar sürüdə xəstəliklərin baş verməsini canavarda görürlər. Lakin bu fikir düzgün sayılmır.
Canavar ən təkmilləşmiş yırtıcıdır. O, maşından, silahlı adamdan və s. asanlıqla qoruna və gizlənə bilir. Bəzən yaxınlıqda olan sürünün hesabına qidalandıqdan sonra daha ona yaxın gəlmir.
Canavara qarşı mübarizə hər yerin öz xüsusiyyəti ilə əlaqələndirilir.
Qədim türklərin əcdadı əsatirlərə görə canavar hesab edilir. Çin yazılarında göstərilir ki, 10 yaşlı bir uşağı canavar xilas edir. Sonra dişi canavardan (oğlanın bir növ arvadı) 10 oğlan olur. Bunlar da ayrı-ayrı cinslərin əsasını qoyur. Bunlardan birisi Aşin adlı canavar başlı adam kimi çəkilir, xatirə qorunub saxlanır.
Keçmişdə bəzi xalaqlarda qadının doğuşunu yüngülləşdirmək üçün onun boynuna canavar çənəsi bağlayırdılar, qurudulmuş canavar ürəyini əzib suyunu qadına içirdirdilər. Doğulmuş uşağı canavar dərisinə salırdılar. Özbəklər ciblərində canavar dişi gəzdirər və ya paltarlarına tikərdilər. Məxmərək olan adamı canavar dərisinə bükərdilər. Qazaxlar və Kazan tatarları səpgilərə canavar quyruğu sürtərdilər.
19-cu əsrdə Siciliyada at tövləsində canavar pəncəsi saxlayardılar. At xəstələndikdə bu pəncəni onun qulağına sürtərdilər. Bəzi yerlərdə canavarın hətta ölüsünə itaət edirlər. Qədim afinalılar öldürülmüş canavarı dəfn edirdilər. Bir çox xalqlar canavar familiyası götürürdülər. Çukotlular maral yemiş canavara toxunmurlar (belə ehtimal edilir ki, guya qalan maral sürüsünü də yeyər). Yakutlar canavarı qədim ilahi Uluu-Toyon-un oğlu hesab edirdilər. Koryaklar canavarı tundranın və maralların sahibi hesab edirlər.
Kamçatkada qadının əkiz doğmasını canavarla əlaqələndirirlər. Belə güman edirdilər ki, kişidən iki uşaq ola bilməz, yəqin ilahi bir qüvvə də var, əkiz doğmaq böyük qəbahət hesab edilirdi.
Bizim eradan 3 əsr əvvəl Romanın embleması balalarını əmizdirən dişi canavar olmuşdur.
Qədimdən belə hesab edilir ki, vəhşi heyvan, xüsusilə canavardan qida alan uşaqlar qoçaq, davamlı və cəngavər olmuşlar.
Hərdənbir tək gəzən qurdlara rast gəlinsə də, ümumiyyətlə bir sürüyə bağlı olaraq yaşayarlar. Bir qurd sürüsü ana, ata və balalarından ibarət olan bir ailədir. Qurdlar iki yaşını doldurana qədər ailələrinin yanında qalarlar. Bir əvvəlki ilin balaları özlərindən kiçik qardaşlarına baxaraq valideynlərə köməkçi olar. Ana və ata, uşaqlarına qarşı daim sərtdir, buna görə sürünün içindəki iyerarxiya müəyyəndir və kimsə nüfuzu sarsıtmağa cəsarət etməz. Qohum olan iki qurdun cütləşməsi heç görülməmişdir. Qurdlar cütləşmək üçün xarici bir qurd tapa bilməzlərsə ömür boyu cütləşməzlər. (Haradasa) heç görülməsə də, itlər və qurdlar hələdə günümüzə qədər aralarında cütləşə bilər və yenə balalaya bilən (sonsuz olmayan) balalar dünyaya gətirə bilərlər.
Bəzi köhnə kitablarda bir qurd sürüsünün quruluşu belə təsvir edilir:
".. Sürünün başı alfa cütüdür və onların xaricində heç bir üzv cütləşib bala edə bilməz. Sürünün içində hər üzvün fərqli statusu vardır. Sürünün içində ən son sırada, hər kəsin sataşdığı bir "Qara qoyun" vardır. Hərdənbir qurdlardan biri alfa üzvlərinə baş qaldırar və öz statusunu yüksəltmək üçün onunla döyüşər."
Qurdlarda hamiləlik təxminən 60 gün davam edir. Ümumiyyətlə 3 ilə 6 (ən az 1, ən çox 14) bala doğurarlar
Tarix: 09.12.2014 / 14:47 Müəllif: Aziza Baxılıb: 183 Bölmə: Heyvanlar aləmi