Hamınız balıqların suda çox cevik və sürətli hərəkətlərinə şahidsiniz. Balığın suda üzməsi üçün qeyri- adi bir hərəkətə ehtiyac yoxdur, bunun üçün onun quyruğunu suda sağa- sola hərəkət etdirməsi kifayətdir. Beləliklə, balıqların suda bu rahat hərəkəti mühərrik onurğaları və bədənlərindəki bəzi sistemlər sayəsində mümkün olur. Balıqlar üzərkən çox böyük enerji sərf edir. Bunun səbəbi suda uzun müddət yüksək sürətlə üzmələri deyil. Balıqlar sakit vəziyyətdə ikən birdən yüksək sürət toplamaq üçün böyük enerji sərf etməlidir. Birdən sürətlənmək onlar üçün çox əhəmiyyətlidir, çünki ovçulardan qaça bilmək üçün buna ehtiyacları var. Həmçinin balıqlar suda əksər vaxtlarda suyun axınına qarşı hərəkət edir. Siz özünüzün suda olduğunuz zaman nə qədər çətin, yolda olduğunuz zaman isə nə qədər asan hərəkət etdiyinizi düşünün. Və bu şəkildə suyun içində yaşamaqla yer üzərində yaşamaq arasındakı fərqi müqayisə edin. Balıqda belə bir gücün ortaya çıxmasını təmin edən amil onun onurğasının və əzələlərinin xüsusi quruluşudur. Onurğa balığın həm bədəninin düz dayanmasını, həm də üzgəclərin və əzələlərin ona bağlanmasını təmin edəcək bir quruluşa malikdir. əgər belə olmasaydı balıqların suda hərəkət etməsi mümkün olmazdı. Lakin yalnız onurğasının xüsusi formada olması bir balığın üzə bilməsi üçün kifayət deyil. Çünki balığın sudakı hərkəti yalnız irəli- geri getmək deyil, bir balıq suda aşağı- yuxarı hərəkət edə bilməsə, yaşaya bilməz. Balıq bu hərkəti də başqa bir orqanizm sisteminin sayəsində bacarır. Balıqların bədənində hava kisələri var. Balıqlar bu kisələri hava ilə dolduraraq dərinliyə enə və ya havanı buraxaraq su səthinə doğru çıxa bilirlər. Bəs balıqların daim su içində olmasına baxmayaraq nə üçün zərər görmədiklərini heç düşünmüsünüzmü? Biz suda bir müddət qaldıqdan sonra dərimiz bundan təsirlənməyə başalayır, daha bir az da qalsaq, dərimiz ziyan çəkər. Halbuki balıqlarda bu, baş vermir. Çünki balıqların dərisinin üzərində sərt parlaq təbəqə var. Bu təbəqə suyun bədənə daxil olmasının qarşısını alır. Əgər bu təbəqə olmasaydı, balığın bədəni zərər çəkər, hətta içəri su girməsi səbəbilə müvazinəti pozular və balıq da ölərdi. Lakin bütün bunların heç biri baş vermir və balıqlar yaşamağa davam edirlər.
Yer üzündəki bütün balıq növləri bu xüsusiyyətlərin hamısına qüsursuz olaraq sahibdir. Bu xüsusiyyətlər qədim dövlərdə yaşamış balıqlarda da mövcud olub. Balıqlar milyon illər ərzində heç dəyişməmiş, bu gün də sahib olduqları quruluşda olmuşlar. Bunu milyonlarla il bundan əvvəl yaşamaış balıqların bu gün bizə gəlib çatan qalıqlarından da görmək mümkündür. Balıqların sahib olduğu bütün xüsusiyyətləri onlara verən qüvvə isə kainatdakı hər şeyi yaradan Allahdır. Allah bütün canlıların ehtiyaclarından xəbərdar olandır.
Tarix: 09.12.2014 / 14:43 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Heyvanlar aləmi