Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Australopithecuslar | Nəsli kəsilmiş meymunlar

Bəlkə hələdə çoxlarına məlum olmayan bu nəsil artıq nəsli kəsilmişdir. Təkamülçülərin müqayisəli iddiasına görə Australopithecuslar əslində elə indiki insanların ən ibtidai əcdadlarıdır. Bunlar üz və kəllə quruluşları bugünkü meymunlara bənzəyən, beyin həcmi müasir meymunlarınkından daha kiçik olan qədim növdür. Ancaq təkamülçülərin iddialarına görə bu varlıqların insanların əcdadı olmasını təmin edən çox mühüm xüsusiyyətləri aşkar olunmuşdur: iki ayaqlı olmaları. Meymunlarla insanların hərəkət forması tamamilə fərqlənir. İnsanlar həqiqi mənada iki ayaqları ilə dik hərəkət edən yeganə canlılardır. Digər bəzi heyvanlar isə iki ayaqlı olaraq məhdud hərəkət qabiliyyətinə malikdirlər və nəticədə əyrı onurğaya malikdirlər.

AustralopithecusTəkamülçülərə görə Australopithecus adlı bu canlılar iki ayaqları üzərində əyilmiş halda yerimə qabiliyyətinə malikdirlər. Bu məhdud iki ayaqlı yerimə hərəkəti belə, təkamülçüləri bu canlıların insanın əcdadı olduğu istiqamətində cəsarətləndirməyə kifayət etmişdi.Lakin təkamülçülərin Australopithecusların iki ayaqlı olduqlarına dair iddialarını çürüdən ilk dəlil yenə də təkamülçü tədqiqatçıların özlərindən gəldi. Australopithecusların skeletləri üzərində aparılan təfərrüatlı araşdırma təkamülçülər tərəfindən belə bunların "həddən artıq" meymuna bənzədiyinin qəbul olunmasına yol açmışdı. 1970-ci illərin ortalarında Australopithecus skeletləri üzərində təfərrüatlı anatomik araşdırmalar aparan təkamülçü Charles E. Oxnard Australopithecusların skelet quruluşlarını indiki oranqutanların skeletinə bənzədirdi:Australopithecusların çiyin, bilək, ayaq, dirsək və əlləri kimi anatomik nahiyyələri üzərində aparılmış bir çox müqayisəli anatomik araşdırma mövcuddur. Bütün məlumatlar bunu söyləyir:

Bu skeletlərin müasir insana olan yaxınlığı həqiqət olmaya bilər. Bütün skelet parçaları həm insandan, həm də şempanze və qorillalardan fərqlidir. Australopithecuslar qrup olaraq araşdırılarkən özlərinə xas oranqutan növünə oxşayırlar.Ancaq təkamülçülər üçün əsas utanc qaynağı Australopithecusların iddia edildiyi kimi iki ayaqlı və əyilmiş olaraq yeriyə bilməyəcəklərinin müəyyən edilməsi oldu. İki ayaqlı, ancaq, əyri yeridiyi iddia edilən Australopithecusun belə bir quruluşa sahib olması fiziki olaraq çox səmərəsiz olacaq və çoxlu enerjiyə ehtiyac olacaqdı. Belə ki, 1996-cı ildə kompüter mütəxəssisi Robin Crompton apardığı araşdırmalarda bu cür qarışıq yerişin mümkün olmadığını göstərdi. Cromptonun gəldiyi nəticə bu idi: Bir canlı ya tam dik, ya da dörd ayağı üzərində yeriyə bilər. Bu ikisinin arasında yerimə forması enerji sərfiyyatını həddindən çox artırdığına görə mümkün deyil. Beləliklə, Australopithecusların iddia edildiyi kimi həm əyilmiş, həm də iki ayağı üzərində yeriyə bilməyəcəyi ortaya çıxmış oldu.

Australopithecusların iki ayaqlı olmadıqlarına dair bəlkə də ən mühüm işi 1994-cü ildə fosilləşmiş canlılar üzərində iki ayaqlılıq araşdırmaları aparan İngiltərə Liverpool Universiteti, İnsan anatomiyası və hüceyrə biologiyası bölməsinin tədqiqatçısı anatomiya alimi Fred Spoor və qrupu gördü. Qulaq ilbizindəki şüursuz tarazlıq mexanizmindən yola çıxaraq araşdırmalar aparan elm adamları Australopithecusların dəqiq olaraq iki ayaqlı olmadıqlarını müəyyən etdi. Beləliklə, Australopithecusların insana bənzər olduqlarına dair iddianın sonu gəlmiş oldu.


Tarix: 09.12.2014 / 14:48 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Heyvanlar aləmi
loading...