Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Heyvanlar aləmiElektrikli ilan balıqları

Boyları 2.75 metrə çatan elektrikli ilan balıqları (Electrophorus electricus) Amazon bölgəsində yaşayırlar. Elektrik hasil etmə qabiliyyətindən həm müdafiə, həm də hücum vasitəsi kimi istifadə edirlər. Bu balıqlar bədənlərində hasil etdikləri elektriklə ovlarını hərəkətsiz hala salır və düşmənlərini şok edib öldürürlər.

Balıqdan qaynaqlanan elektrik şoku 2 metr uzaqlıqdakı böyük heyvanı belə öldürəcək şiddətindədir. Balığın elektrik hasil etmə müxanizmi saniyənin 1000-də 2 və ya 3-ü qədər qısa müddətdə işə düşür. Bütün elektrikli balıqlar arasında ən öldürücü balıq olan ilan balığında elektrik cərəyanı 650-yə çatır. Bu qədər yüksək voltaj televizoru işə salmaq üçün istifadə edilən elektrikdən də artıqdır və insanı öldürə bilər. İlan balığının bəzən Ardı »

Heyvanlar aləmiTutuquşular kimyaya aid bilikləri haradan bilir?

Bildiyimiz kimi bəzi bitkilərin toxumları zəhərlidir. Bu da onları yeməyə çalışan düşmənlərinə qarşı bir müdafiə üsuludur. Lakin Amerikada yaşayan bir tutuquşu növü bu toxumların zəhərli olmasına baxmayaraq onlarla qidalana bilir. Tutuquşunun bu hərəkəti çox təəccüblüdür. Çünki digər canlılar bu toxumlara yaxınlaşa bilmədiyi halda, israrla toxumları yeyən bu quşlara heç bir şey olmur. Bu təəccüblü hadisənin necə baş verdiyi ilə sizdə maraqlandınız, elə deyilmi?
Makau adlı bu tutuquşu növünün zəhərlənməməsinin səbəbi alimlərin də diqqətini çəkmişdir. Quşları müşahidə edən alimlər çox maraqlı hadisənin şahidi olublar. Makaular qidalılığı yüksək olan bu zəhərli toxumları yedikdən dərhal sonra bir qayalığa doğru uçurlar. Həmin yerə çatdıqları zaman Ardı »

Heyvanlar aləmiİtlər haqda maraqlı faktlar

Siz ola bilsin düşünürsünüz ki, itinizlə bağlı hər şeyi bilirsiniz, lakin əmin ola bilərsiniz ki, hələ bilmədiyiniz çoxlu faktlar var. Aşağıdakı faktları çox güman ki, əvvəllər eşitməmisiniz.

1. Əslində itin quyruğunu bulaması heç də həmişə onun yaxşı əhvalda olması demək deyil. Faktiki olaraq bu tam tərsi də ola bilər. Bu onun kiməsə hücum edəcəyi mənasını da verə bilər.

2. Əgər siz İranda yaşayırsınızsa, qanun sizə iti ev heyvanı kimi saxlamağa icazə verməyəcək. Ov iti və ya gözətçi it saxlamaq isə sərbəstdir.

3. Hər kəs öz itinin nə qədər yaşayacağını onun üz cizgilərinə görə hesablaya bilər. Uzun və sivri üzü olan itlər yastı üzü Ardı »

Heyvanlar aləmiHeyvanların kamfulyajı

Bəzən heyvanlarda mühit rənginə və formasına uyğunlaşma o qədər güclü olurki, onları seçmək mümkün olmur. Bu uyğunlaşma heyvanları düşməndən və digər təhlükələrdən qoruyur. Ardı »

Heyvanlar aləmiSədaqətli canavarlar

İnsanlar canavarlar haqqında nə bilir? Hər kəs onları qəddar, xain, təhlükəli, məkrli bilir və fikirləşir ki, onları məhv eləmək lazımdır. Bunu onları tanımayanlar belə düşünür. Əslində canavarlar çox nadir hallarda insanlara hücum edirlər. Onlar yalnız ac qalmamaq üçün ov edirlər və qətiyyən insanlarla işləri yoxdur. Təklif edirəm ki, canavarların bu zəngin və əslində məsum olan dünyasına birgə səyahət edək.
canavar (qurd)



Canavarlar artıq milyon ildən artıqdır ki dünyada yaşayırlar, hətta itlər də canavarların törəməsidir.



Canavar cinsinə daxildir: kayut, çaqqal, bütün növ itlər, canavarlar. itlər kimi canavarlar da çox yola gedən və tez örədilə bilən heyvanlardır. Hər canavar özünəməxsus keyfiyyətə malikdir, bəzirləri Ardı »

Heyvanlar aləmiTermit yuvaları

Heç kim termit koloniyasının torpağın üstündə inşa etdiyi yuvanı gördükdə təəccüblənmədən keçməz. Çünki termit yuvası hündürlüyü təxminən 5-6 metrə çatan memarlıq nümunəsidir.

Bir termitin boyu ilə inşa etdiyi yuvanın hündürlüyünü müqayisə etdikdə onun özündən təxminən 300 dəfə böyük memarlıq layihəsini müvəffəqiyyətlə həyata keçirdiyini görərik. Lakin bunun daha da təəccüblü cəhəti termitlərin kor olmalarıdır.

Kor termitlərin tikdiyi bu nəhəng yuvaları heç görməyən biri bunların qum təpələrinin üst-üstə yığılması ilə əmələ gəldiyini düşünər. Ancaq termit yuvası mükəmməl bir plan əsasında inşa edilir.

Belə ki, termit yuvasının içində tunellər, keçidlər, ventilyasiya sistemləri, xüsusi göbələk becərmə bağçaları və təhlükəsizlik çıxışları var.

Görməyən minlərlə insanı bir yerə yığsanız, hər cür Ardı »

Heyvanlar aləmiZürafə | Ən uzun boyunlu heyvan

Bəlkədə onları dünyanın en qəribə heyvanı saymaq olar. Zürafələr haqqında çoxlu məlumatlar olsada onlar haqqında tam dəqiq məlumat almaq çətindir. Onlar haqqında ən çox bilinən xüsusiyyətlər verilşişdir. Qeyd etmək yerinə düşər ki, zürafələrin olduqca heyrətamiz xüsusiyyətləri var. Bunlardan biri o qədər uzun olan boyunlarının digər bütün məməlilər kimi sadəcə 7 fəqərə vasitəsilə daşına bilməsidir. Heyrətamiz digər bir xüsusiyyətləri də vücudlarının uzun boyunlarının üzərində olan beyinlərinə qan çatdırmada çətinlik çəkməmələridir. Bir az düşünüldüyü zaman o qədər uzağa qanın verilməsinin nə dərəcədə çətin olduğunu görə bilərik. Ancaq zürafələr bu mövzuda çox çətinlik çəkmirlər, çünki ürəkləri qanı lazım olduğu qədər uzağa apara bilən xüsusiyyətlərə Ardı »

Heyvanlar aləmiGözlərini isidən balıq

Tunes balığı, bəzi akula növləri və qılınc balığı bədən temperaturlarını ətrafın istiliyindən daha yüksək edə bilirlər. Balıqlar əzələlərdəki və sinir sistemindəki temperaturun yüksəlməsi ilə əldə edilən enerji sayəsində daha sürətli hərəkət edir, bu da ovlanmada onlara üstünlük qazandırır.

İsidilmiş gözlərin üstünlüklərini Avstraliyadakı Kvislend Universitetinin elm adamları sübut etmişlər. Kerstin Fritsçes və tədqiqat qrupu qılınc balığının soyuq suda daha yaxşı görmək üçün gözlərini isitdiyini tapmışdır. Yırtıcı balıqlar bir əzələ ilə toxumalarını ətrafdan 15 dərəcə çox isidə bilirlər.

Araşdırma zamanı qılınc balıqlarına hərəkətli işıq siqnalları göstərilərkən, temperatur, işığın parlaqlıq dərəcəsi və titrəməsi dəyişdirilmişdir. Qılınc balıqları 10 0C-də saniyədə 40 siqnal qət edə bilmişlər. Lakin Ardı »