Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ticarət hiylə və rüşvətə aid seçmə hədislər

• Əbu Səid əl-Xudri (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Güvənilən və doğruluqdan ayrılmayan ticarət əhli; peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə bərabərdir (axirətdə onlarla birlikdə olacaqdır).” (Sünəni-Tirmizi, Babul-Buyu, 1208, Sünən İbn Mace, Kitabut-Ticarət, 2139.)

• Hakim ibn Hazim (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Al-ver edən iki insan, bu al-veri doğruluq üzrə edərlər və (əgər malda qüsru varsa o) qüsuru açıqlayarlarsa, alış-verişləri hər ikisi üçün də mübarək qılınır (bərəkətli olur). Əgər yalan söylərlər və (maldakı) qüsuru gizləyərlərsə, müəyyən bir qazanc qazansalar belə alış-verişlərinin bərəkətini itirərlər.” (Səhihi-Buxari, Kitabul-Buyu, 19, 22, 44; Səhihi-Müslim, Kitabul-buyu, 532; Sünənü Əbi Davud, Kitabul-Buyu, 3459.)

• İbn Ömərdən alınan bir rəvayətdə o, belə demişdir: “Rəsulullah (s.ə.s); satıcının malını tərifləməsini və malın, daha bazara çatmadan (mal bazara gətirilmədən ) yolda satın alınmasını qadağan etdi.” (Səhihi-Buxari, Kitabul-Buyu, 71; Səhihi-Muslim, Kitabul-Buyu, 1518; Sünənü Əbi davud, Kitabul-İcarə, 3436; Sünənün-nəsai, Kitabul-Buyu, 257.)
• İbn Ömər (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: «Birinizin satışı üzərinə başqası satış etməsin.» (Səhihi-Buxari, Kitabul-Buyu, 57,64,70; Səhihi-Müslim, kiabul-Buyu, 1412; Sünənü Əbi Davud, Kiabul-buyu 3436.)

• Əbu Hüreyrə rəvayət edir: Rəsulullah (s.ə.s) belə buyurdu: “(Alıcı olmadığınız halda qiymət qızışdırmaq üçün) müştəri ilə satıcının arasına girməyin” (Səhihi-Buxari, Kitabul-Buyu, 58; Səhihi-Müslim, Kitabul-Buyu, 1515.)
• Hakim ibn Hazim (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Təharətsiz heç bir namaz, xəyanətlə əldə edilmiş maldan da sədəqə qəbul olunmaz.” (Səhihi-Müslim, Kitabut-Təharə, 224.)
• Əbu Hüreyrədən rəvayət edilir: (bir gün) Hz. Peyğəmbər (s.ə.s) ərzaq satan bir nəfərin yanına gəldi. Ona; “Bunu necə satırsan?” -deyə soruşdu. O da izah etdi. Bu əsnada Rəsulullaha, əlini satılan ərzağın içinə batırması vəhy edildi. Rəsulullah əlini ora batıranda, qida maddəsinin alt tərəfi nəm idi. Bundan sonra Rəsulullah belə buyurdu: “Alış- verişdə, hər işində) hiylə edib aldadan adam bizdən deyildir.” (Sünəni-Tirmizi, Babul-Buyu, 1315.)
• Əbul-Hamradan rəvayət edimişdir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Bizi aldadan, bizdən deyildir” (Sünənü İbn Macə, Kitabul Buyu, 2225.)
• Abdullah ibn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: (rüşvət alan bir hakim haqqında) belə buyurdu: Xalq arasında (rüşvət və haqsızlıqla) hökm verən heç bir hakim yoxdur ki, qiyamət günündə bir mələk onu, ənsəsindən tutmuş olaraq gətirməsin. Sonra mələk, başını səmaya (göy üzünə doğru) qaldırar. Əgər mələyə; “Onu at!” deyən olursa mələk onu, cəhənnəmin, dibinə qırx ildə ancaq çata bilən bir çuxura atar” (İbrahim Canan, Hədis Ensiklopediyası, c. 17, səh. 274-275.)
• Abdullah ibn Əmrdən (r.a) rəvayət olunur: “Hz. Peyğəmbər (s.ə.s), rüşvət alana da verənə də lənət oxudu.” (Sünəni-Tirmizi, Babul-Ahkam, 9)


Tarix: 26.04.2013 / 21:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 277 Bölmə: Hedisler
loading...