Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Cənnət əhli ilə Cəhənnəm əhlinin bəzi sifətləri)

Rəvayət edilir ki, İyad ibn Himər əl-Mucəşiyi (r.a) demişdir: «Bir gün Allah Elçisi (s.a.v) xütbəsində belə buyurdu: «Rəbbim mənə əmr etdi ki, Onun mənə öyrətdiyi şeylərdən bilmədiyinizi sizə bu gün öyrədim. Allah buyurur: «Quluma əta etdiyim hər bir mal halaldır. Şübhəsiz ki, Mən bütün qullarımı müsəlman olaraq yaratdım. Sonra şeytanlar onları dinlərindən uzaqlaşdırdılar. Onlara halal etdiyim şeyləri haram etdilər və haqqında heç bir dəlil nazil etmədiyim şeyləri Mənə şərik qoşmalarını əmr etdilər. Allah yer əhalisinə baxıb Kitab əhlindən başqa ərəblərə də, əcəmilərə də qəzəbləndi. Allah buyurdu: «(Ey Muhəmməd!) Mən səni imtahana çəkmək və səninlə də başqalarını imtahan etmək üçün səni göndərdim. Sənə qəlblərdə saxlanılan bir kitab nazil etdim. Onu yuxuda və oyaq ikən oxuyursan». Allah mənə Qureyşi yandırmağımı əmr etdi. Mən dedim: «Ey Rəbbim! Onlar mənim başımı əzərlər və onu qurd-quşa yem edərlər». Allah buyurdu: «Onlar səni çıxartdıqları kimi, sən də onları oradan çıxart. Onlarla döyüş, Biz sənə yardım edərik. (Allah yolunda) ver, sonra Biz də sənə əvəzini verəcəyik. Bir ordu göndər, Biz də (onun) beş mislini göndərərik. Sənə itaət edənlərlə birlikdə sənə üsyan edənlərə qarşı döyüş». Allah Elçisi (s.a.v) buyurdu: «Cənnət əhli üç qismdir; Çoxlu sədəqə verməyə və adilliyə müvəffəq olmuş hakim. Həmçinin bütün yaxınlarına qarşı kövrək qəlbli və rəhmli olan insan. Bir də ailə sahibi olan iffətli müsəlman». Sonra buyurdu: «Cəhənnəm əhli də beş qismdir; tamahkar xain, bir fürsət tapan kimi xəyanət edən, səhər-axşam sənə hiylə gəlmək istəyən şəxs». Ravi dedi ki, (Allah Elçisi (s.a.v) həm də) paxıllığı yaxud yalanı və «əş-Şənziri(Təbiəti, xasiyyəti pis və çirkin olan.) əl-Fəhhaşı» (Çirkinlik və s. deməkdir.) xatırlatdı».

(Muslim 2865 (5109, 7386).


Tarix: 23.04.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Hedisler
loading...