Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlik testləri

Menstruasiyanın 1 gün və daha artıq gecikməsi zamanı hamiləliyin erkən diaqnostikası üçün olan testlərindən istifadə etmək olar.
Belə testlərin əsasında sidikdə spesifik hormonun (xorionik honadotropinin) aşkar olunması ilə bağlı olan kimyəvi reaksiya durur. XH-hormonu "hamiləlik hormonu" adlandırırlar. Hamilə olmayan qadınlarda bu hormon qanda, demək olar, aşkar olunmur. Hamiləlik baş tutduğu andan isə bu hormonun səviyyəsi böyük sürətlə qalxmağa başlayır (hamiləliyin 1-ci 3-aylığında hər 2-3 gündən bir 2 dəfə artır) və tez bir zamanda yüksək rəqəmlərə çatır.
Bu hormon və onun parçalanma məhsulları sidik ilə xaric olurlar. Müayinə üçün səhər ifraz olunan ilkin sidiyi götürmək lazımdır: gecə yuxusundan sonra XH hormonu və onun parçalanma məhsullarının sidikdə olan konsentrasiyası artmış olur.
Testin növündən asılı olaraq onun üzərinə ya bir neçə damcı sidik əlavə olunur (bax şəkilə), ya test-zolaq sidik olan qaba salınır, ya da test özü sidik şırnağının altına salınır. Cavab 5 dəqiqədən sonra hazır olur. 10 dəqiqədən artıq vaxt cavab gözləməyin. Vaxt keçdikcə, hava və s. xarici təsirlər nəticəsində test yanlış nəticə göstərə bilər. Əgər testin üzərində 1 zolaq görünərsə - demək, hamiləlik yoxdur, iki zolaq olarsa – demək, hamiləlik vardır, testin üzərində heç bir zolaq yoxdursa – demək, test-zolaq keyfiyyətsizdir, yenisini almaq lazımdır.
Testin cavabı mənfi olarsa, menstruasiya isə olmazsa, testi bir neçə gündən sonra mütləq təkrar etmək lazımdır. Gecikmə davam etdiyi halda test təkrarən mənfi nəticə verərsə, mütləq həkimə müraciət edin ki, bu, hormonal pozulmanın və ya hər hansı ginekoloji xəstəliyin əlaməti ola bilər.


Tarix: 24.12.2014 / 12:18 Müəllif: Aziza Baxılıb: 109 Bölmə: Hamiləlik
loading...