Ana bətnində uşağın qidalanmasını təmin edən göbəkbağı doğumdan sonra kəsilir və qısa müddət ərzində quruyaraq qəhvəyi rəngə çalır.Göbəkbağı əsasən ilk 2-3 həftə ərzində düşür. Bəs göbəkbağına necə qulluq etmək lazımdır?
•
Uşağınızın bezini dəyişərkən belini göbəyinin altında bağlamağa çalışın.Beləliklə,göbəkbağı uşağın sidiyi ilə islanmaz və daha tez quruyar.
•
Göbəkbağının düşməsində ən vacib amillərdən biri də quru qalmasıdır.Buna görə də göbəkbağının dibini tez-tez ifrazatlardan təmizləsəniz,yaxşı olar.Göbəkbağında sinir hüceyrəsi olmadığı üçün uşağınız ağrı hiss etməyəcək.
•
Göbəkbağının quruması üçün müxtəlif maddələrdən istifadə etmək əvəzinə öz-özünə düşməsinə çalışın.Son vaxtlar aparılan tədqiqatlar da göbəkbağının təbii şəkildə qurumasının düşməsini sürətləndirdiyini göstərir.
•
Göbəkbağı düşənə qədər uşağınızı dəsmalla "çimizdirin".Göbəkbağı düşdükdən sonra isə su ilə də çimizdirə bilərsiniz.
•
Bəzən valideynlər uşağın göbəyini "düzəltməyə"çalışırlar.Halbuki göbəyin forması anadan gəlmə olur və heç bir müdaxilə etməyə ehtiyac yoxdur.
•
Bəzən göbəkbağı düşdükdən sonra sarımtıl ifrazat olur.Buna tibbi dildə "umbilikal granulom" deyilir.Həkiminiz belə hallarda gümüş nitratdan istifadə edərək ifrazatın qarşısını ala bilər.
•
Göbəkbağı düşdükdən sonra müşahidə edilən hallardan biri də qanamadır.Bunun üçün əvvəlcə göbəyə 10 dəqiqə pambıq qoyun.Əgər qanama dayanmasa,həkiminizə müraciət edin.
•
Əgər göbəkdə sarı iltihablı ifrazat varsa və pis iy verirsə,ya da göbəyin ətrafında qızartı və şiş müşahidə edirsinizsə,həkiminizlə məsləhətləşin.
Tarix: 06.12.2012 / 11:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 533 Bölmə: Hamiləlik