Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hormonal pozğunluq

Müasir dövrdə ən çox yayılan problemlərdən biri də hormonal pozğunluq sayılır. Bu xəstəliyin eradan əvvəl mövcud olmasına baxmayaraq, onun adı və səbəbləri 1962-ci ildə tapılıb və buna görə də hormonal pozğunluq müasir dövrün xəstəliyi sayılır. Daha çox qadınlarda aşkarlanan bu xəstəlik həyat tərzini tamamilə dəyişməklə yanaşı, bir çox xəstəliklərin də əsasını qoyur. Məlumdur ki, hormonlar orqanizmin funksiyasına, çəkinin artmasına, vəzlərin normal inkişafına nəzarət edir. Hormon daxili sekresiya vəzlərinin məhsuludur. Onun balansının pozulması endokrin sistemin funksiyasını tamamilə məhv edir.
Dünyada hər üç qadından ikisində aşkarlanan hormonal pozğunluq hamilə qalmağa mane olur, hətta sonsuzluğa belə gətirib çıxarır. Digər tərəfdən isə hormonal pozğunluq görmə qabiliyyətinə də mənfi təsir edib, insanı kor qoya bilər.

Əmələgəlmə səbəbləri:
• Həkim məsləhəti olmadan arıqlama dərmanlarının qəbulu
• Düzgün qidalanmamaq
• Fəst-fud qidalarından çoxlu istifadə
• Soyuqlama
• Oturaq həyat tərzi
• Stress

Hormonal pozğunluq zamanı insanda
• Güclü başağrısı olur
• Təzyiq artır
• Ayaqlar tez-tez ağrıyır, epilepsiya tutmaları olur
• Başgicəllənmələr başlayır
• Susuzluqdan əziyyətçəkmə
• Tez-tez boğaz ağrıları olur
• Zəifləyir
• Anemiya baş verir
• Bədəndə tüklər əmələ gəlir
• Əl və ayaq daim soyuq olur
• Hər şeydən iyrənir
• Tez-tez əsəbiləşir
• Aylıq tsikl pozulur
• Tez-tez depressiyaya düşür
• Süd vəziləri balacalaşır
• Qanaxmalar olur
• Qarın və bud nahiyələrində çəhrayı rəngli, uzun çapıqlar əmələ gəlir
• Kökəlmə baş verir
Özündə bu kimi hallar aşkarladıqda qadın dərhal həkimə müraciət etməlidir. Xəstəliyin müalicəsi gecikdikdə astma, allergiya kimi xəstəliklərin yaranmasına, döş və yumurtalıqlarda xərçəngin əmələ gəlməsinə səbəb olur. Xəstəlik daha da irəlilədikdə dəridə qaşınmalar başlayır. Bu da şəkər xəstəliyinə gətirib çıxarır.

Qadınların qorxulu yuxusu - piylənmə
Hormonal pozğunluğun əmələ gəlməsinə səbəb olan amillər arasında ən geniş yayılanı arıqlamaq üçün satılan dərmanları həkim məsləhəti olmadan qəbul etməkdir. «Artıq çəki»ni Yer üzündə yaşayanların ən böyük problemi adlandırsaq yəqin ki, yanılmarıq. Bir vaxtlar analar oğlanları üçün «ətli-qanlı» qız axtarırdısa, indi kök qıza baxan yoxdur. Əgər qadın kökələndə «nə gözəlləşib» deyirdilərsə, indi «nə günə düşüb» söyləyirlər. Müasir dövrdə dəbdən düşən köklükdən xilas olmaq üçün bir çox üsullar meydana gəlib: fitnes klublar, şəhəri ağuşuna alan idman zalları, arıqlama mərkəzləri və ən əsası da qeyri-qanuni satılan dərmanlar, otlar.
hormonal pozğunluq, ginekoloji xəstəlikQadınlar da idman etmək əvəzinə daha rahat yolu seçirlər: istədikləri qədər yemək, evdə oturmaq və dərman atıb arıqlamaq. Hələ vay o günə ki, bunun müsbət təsirini görələr. Dərhal dərmandan bir neçə qutu tədarükü də görüb, qəbul miqdarını bir balaca da artırırlar. Amma qadın bunun sonrakı fəsadlarından xəbərsizdir. Bu cür dərmanlar hormonal pozğunluq əmələ gətirir ki, bu da piylənmənin ilk mərhələsidir. İlk növbədə qeyd edək ki, arıqlama dərmanları ya iştahı dayandırır, ya da işlədici funksiya daşıyır. Mədə və bağırsağın funksiyasına müdaxilə etmək zərərlidir. İşlədici xarakter daşıyan həblər orqanizmin qəbul edilən qidadan vitamin, zülal, karbohidrat almasına mane olur. Qadınlar anlamalıdırlar ki, işlədici dərmanlar piyləri əritmir. Dərialtı piylər olduğu kimi qalır. Əgər möcüzəli dərmanla xanım 5-6 kilo atırsa, sonradan 15-16 kilo qazanır.

Tüklənmə
Orqanizmdə hormonal pozğunluğun əmələ gətirdiyi problemlərdən biri də tüklənmədir. Bu zaman qadın orqanizmində az miqdarda olan kişi hormonlarının – testosteronun miqdarı artır. Buna səbəb yumurtalıqlarda hormonların öz fəaliyyətini dəyişməsi olur. Qadında sümük böyüməsi, kobudlaşma halları başlayır. Dəri quruyur, hərarət səbəbsiz yerə 37-37,5 dərəcə artır, sızanaqlar əmələ gəlir, tez-tez tərləyir, saç tökülür. Bax: ifrat tüklənmə

Əgər hormonal pozğunluq varsa:
• Qaynar çay və kofe qəbulunu azalt
• Çox duzlu yemə
• Üzüm, ərik qurusu, çipsi yemə
• Az şokolad ye
• Çox yağlı yeməklərdən uzaq olmağa çalış
• Spirtli içkidən uzaq ol
• Ədviyyat və istiotlu yeməklər sənə ziyandır

Fakt:
1. Qədim şamanlar hormonal pozğunluğu təmiz heyva şirəsi ilə müalicə edirmişlər. Bunun üçün gündə 3 dəfə 1 xörək qaşığı heyva suyu içmək lazımdır. Amma gərək gün ərzində əsəbiləşməyəsən, çox hərəkət edəsən.
2. Tibet həkimləri hormonal pozğunluğu olan kişi və qadınlara məsləhət görür:
Ağ və çəhrayı qızılgülü götürüb, ondan yağ və gülab hazırlayın. Gülabdan şərbət hazırlayıb, içərisinə 1-2 damcı yağ töküb, gündə iki dəfə qəbul edin.
3. Yaponiya və Monqolustanda hormonal pozğunluğu payızgülü (xrizantema) ilə müalicə edirmişlər.
Payızgülü qurusundan bir az götürüb, qaynar suya tökün. Bir az saxladıqdan sonra, gün ərzində 3 dəfə yeməkdən yarım saat əvvəl 2 xörək qaşığı qəbul edin. Əsasən, bənövşəyi rəngli payızgülündən istifadə etməyə çalışın. Bənövşəyi payızgülü hormonları çoxaldır, onların funksiyasını yaxşılaşdırır.

Statistika:
Sarışın qadınlarda hormonlar daha çox olur və onlar normal işləyir.

Aylıq tsikl pozulan zaman həftədə 2 dəfə aşağıdakı hərəkətləri et:
1. Sağ yanı üstdə uzanıb, ayaqlarını qarnına tərəf sıx
2. Həmin vəziyyətdə əlin şəhadət barmağı ilə orta barmağı çarpazlaşdırıb, ayaq barmaqlarının arasında sıx
3. Sonra uzanıqlı vəziyyətdə bədənini 10 saniyə hərəkət etdir, gözlərini yumub rahatla
4. Sol yanı üstdə uzanıb, eyni hərəkətləri təkrarla
5. Sonda arxası üstdə uzan və gözlərini yum. Rahatlamağa çalış, 3 dəfə dərindən nəfəs alıb, ayağa qalx və ilıq su iç
Bu hərəkətləri döşəmənin üstündə et və çalış ki, həmin vaxt beynində heç bir problemi düşünməyəsən.


Tarix: 26.11.2014 / 15:52 Müəllif: Aziza Baxılıb: 339 Bölmə: Ginekoloq Meslehetleri
loading...