Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi gücü artıran qidalar

Daha çox afrodizyak təsirə malik olan qidalar cinsi sağlamlığa kömək edir. Bu qidalar içərisində çərəzlərdən fındıq, qoz ləpəsi, yer fındığı, meyvələrdən ərik, qreypfrut, banan, kök, əncir xüsusi fərqlənir. Şokolad. bəhməz, balıq kürüsü, jenşen bitkisi, mərcimək də faydalıdır.
Çərəzlər: Fındıq lif, zülal, vitamin baxımından zəngindir. Enerji verir və cinsi gücü artırır.
Ərik: Bu meyvənin A vitamini və kalium baxımından zəngin olduğu bildirilir. Çox istifadə edildiyində həzm sisteminin sürətlə işləməsinə kömək edir.
Əzələlərin və beynin nizamlı işini təmin edərək, orqanizmin yorulmasının qarşısını alır.
Qreypfrut: Cinsi gücü artıran meyvədir. Məlumata görə bu meyvənin suyu daha təsirlidir.
Banan: Mineral, maqnezium, dəmir, lif və C vitamini baxımından zəngindir. Sperma yaranmasına təsir göstərir.
Kök: Bu meyvənin tərkibində A vitamini olduğundan orqanizmə faydalıdır. Cinsi gücü artırmağa xeyirlidir.
Əncir meyvəsi: Bu meyvə cinsi gücü artırmağa, ürək xəstəliklərinə, quru öskürək iltihabına, zəifləmiş orqanizmə təsirlidir. Bir sıra alimlərin, botaniklərin, bağbanların fikrincə dünyada yayılan və becərilən subtropik meyvələr içərisində əncir qədər zəngin qidalı, ətirli və şirinliyə malik olan meyvə yoxdur.
Başqa sözlə, bu meyvə yüksək kloriliyi, ətirliliyi və digər xoşa gələn xassələrinə görə digər meyvələrdən fərqlənir.
Şokolad: Tərkibində olan seratonin və fenetilamin maddələri sayəsində cinsi istəyi artırmağa kömək edir. Afrodizyak xüsusiyyətləri baxımından insana həzz yaşadır.
Balıq kürüsü: Uzun illərdir afrodizyak olaraq istifadə edilən balıq kürüsü tərkibindəki sink sayəsində kişilik hormonuna təsir göstərir və spermanın keyfiyyətini artırır.
Bəhməz: Digər qidalardan fərqlənən bəhməz dəmir, kalsium və potasyumla zəngindir. Dəmir, bədəndə olan qırmızı qan hüceyrələrinin birləşməsində iştirak edərək bədənə oksigen daşıyır. Enerjinin və cinsi gücün artmasını təmin edir.
Sarımsaq: Qadınlarda və kişilərdə cinsi gücün artmasına təsir göstərir.
Mərcimək və quru paxlalılar: Zülal, yağ, karbohidrat, lif, B1 vitamini, natrium, kalsium və dəmirlə zəngindir. Əqli inkişafa və cinsəl sağlamlığa faydalıdır.
Jenşen meyvəsi: Cinsi gücü artırmaq üçün Çin və Cənubi Amerika təbabəti bu qida növündən istifadə edir. Bir tədqiqat bu meyvənin cinsi istəyi artırdığını sübut edib. Jenşen meyvəsi sinir sistemi və yumurtalıqlara təsir göstərərək kişilərdədə ereksiyaların keyfiyyətini artırır.
Bundan əlavə cəfəri, nanə, darçın, kəklik, vanil və s. qidalar da cinsi gücü artırmaq təsirinə malikdir.


Tarix: 16.01.2015 / 11:31 Müəllif: Aziza Baxılıb: 133 Bölmə: Cinsəl sağlamlıq
loading...